D ədə Qorqud ● 2016



Yüklə 2,43 Mb.
səhifə143/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   139   140   141   142   143   144   145   146   ...   154
Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy

Azərbaycan folklorundan yeni nümunələr


Koroğlu” eposu XVI-XVII yüzilliklərdə baş vermiş tarixi hadisələrin təsiri ilə meydana gəlsə də, qədim ənənələr əsasında formalaşmış, mayasında türk təfəkkü­rünün alplıq, ərənlik haqqındakı qənaətlərini əritmişdir. Bu səbəbdən də çoxqollu epo­sun tarixi köklərində ən əski təsəvvürlər və qəhrəmanlıq pafosu durur, epik lövhələr əhatəli, canlı və gerçəkliyə uyğun təsvir edilsə də, ilk motivindən tutmuş, sonuncu qo­ca­lıq əhvalatınadək hamısının daxili strukturunda ənənəvi sxemlər, “Dədə Qor­qud”­dan, “Oğuz kağan”dan gen yaddaşına keçən igidlik, mərdlik və mübariz ruh var. Milli məhdudiyyətdən, dini təəssüfkeşlikdən uzaq olduğundan hadisələr bəşər oğlunu eyni amal uğrunda mübarizəyə yönəldir, eşidənlərin hər birinə ictimai haqsızlığa qarşı barışmazlıq hissləri aşılayır. Koroğlu Çənlibeldə elə bir mühit yaradır ki, haqq, əda­lət, mərdlik, kişilik uğrunda qılınc oynatmaq insanların adi yaşayış tərzinə çevrilir, at belində ləyaqətli ömür sürmək sarayların bər-bəzəkli, dəbdəbəli, gözqamaşdırıcı həya­tından üstün tutulur. Şərəfini ölüm ayağında da itirməmək insanlığın əsas əxlaq və etik norması tək təsdiqlənir. Eposda insanlığı bir-birindən uzaqlaşdıran amillərə yer ayrılmadığından, yaxud yaxşılıqla aradan qaldırıldığından Azərbaycan xalqının “Ko­roğlu”su dünyanın əksər ölkələrinin əhalisinin qəlbinə yol tapmağı bacarır. B.A.Ka­rrıyev yazır: “Biz unutmamalıyıq ki, eposun son orta əsrlərdəki tarixi nüvəsi (cə­nu­bi Azərbaycan əsası) mövcud folklor ənənəsinin zəminində qurulmuşdur. Eposda mif ­ya­radıcılığı özünə yer alır, ilkin soy qurumunun normaları və gerçəklikləri verilir. Deyi­lən­lər, ilk növ­­bədə, eposun Orta Asiya, xüsusilə özbək və türkmən versiyalarına aid­dir (at kultu, mifik obraz­lar – devlər, pərilər, tilsimkar qarılar, qəhrəmanlıqla ni­şan­lan­ma, ekzoqamik nikahın normalarına ciddi əməl etməklə gəlini qaçırmaq və s.). Lakin eposun əsas məzmunu – cəsur döyüşçü, xanəndə və musiqiçinin ardıcıl, qorx­maz mü­barizəsinə həsr olunur”1. Eposun oxuculara təqdim etdiyimiz yeni qolu (“Ko­roğ­lunun Bilhədi səfəri”) qədim oğuz yurdu Dərbəndin Çinar bölgəsinin 1925-ci ildə do­ğulmuş azərbaycanlı sakini Əyyubov Qazıqədir Mollaoğlunun dilindən yazıya alın­mışdır. Mətni redaksiyaya Dağıstanda yaşayan soydaşımız folklorşünas, professor Samilə Xur­damieva təqdim etmişdir.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin