Çapa tövsiyə edən: Fil.ü.e.d. Ramazan Qafarlı
Aygül QURBANOVA
A MEA Folklor İnstitutunun doktorantı
e-mail: aygul12@box.az
V.M.JİRMUNSKİ VƏ “KİTABİ-DƏDƏ QORQUD”UN
POETİK FORMASI
Xülasə
Məqalədə Dədə Qorqud oğuznamələrinin poetik forması ilə bağlı görkəmli rus alimi V.M.Jirmunskinin fikirlərinə diqqət yetirilir və qeyd olunur ki, V.M.Jirmunski “Dədə Qorqud”un poetik forması ilə bağlı dəyərli fikirlər söyləsə də, məsələyə tam mənası ilə aydınlıq gətirə bilməmişdir. O da öz həmkarları kimi mətni konkret şəkildə araşdırmamış, ümumi müşahidələrlə kifayətlənmişdir. Problemin həlli mətnin konkret şəkildə araşdırmaya cəlb olunmasından keçir.
Açar sözlər: Dədə Qorqud oğuznamələri, V.M.Jirmunski, poetik forma, nəzm, nəsr
Dostları ilə paylaş: |