Məmmədova Əfruz, 1945-ci il təvəllüdlü. Təqaüdçü, İlisu kəndi
Qala mələ
Qala var, ho uçdadı. O vaxdı indiki kimi telefon yox, bi şey yox. Məlumat veriymişdər. Qalalarda bi şey yandırıplar. Üzü Dağısdana doğru məlumat veriplər. İstehkamlar olupdu.
Məmmədova Əfruz, 1945-ci il təvəllüdlü. Təqaüdçü, İlisu kəndi
Toy adətləri
I mətn
Mən uşax olanda üş gün toy uluydu burda. Üş gün əvvəldən pütün el-obaya cavan qızlar, gəlinnər geynip gidiydilər toya qız-gəlin çaarmağa. Rəksnən, çal-çağırnan gidiydilər, qardaş toyuna çaarmağa. Dəvətnamə yoxiydi. Həyətdər olmiydi. genişliyiydi. Tutalım saat ikidə yaşlılara, unnan sora cavannara, bi vaxı qadınnara. Qadın, kişi bir yerdə utumazdı məclisdərdə. Həmişə ayrı - böyük, kiçik ayrı. İndi qarışıbdı. Neçə vaxtdı kəntdə heç toy olmuyu. Mən üçüncü sinifdə oxuyanda - 1963-cü ildə bir gündə üç yerdə toy vardı bu balaca kəntdə. Üş gəlin köçən mənin yadına gəliy. Adətdərimiz qədimnən gəlmədi. Heç kəs poza bilməzdi. Sarıbaşlıların oyun havası vardı.
Yəhyayev Rəcəb Yəhya oğlu, 1954-cü il təvəllüdlü. Ali təhsilli, riyaziyyat müəllimi. Sarıbaş kəndi
II mətn
Habırda nağıllardakı kimi 40 gün, 40 gecə toy olduğu kimi düzgün həmin məsələydi burda. Əvvəl toy barışdımağa gidiydilər. O biri gün oturtmağa gidiydilər. Praduktu aparıydılar. O biri gün qız-gəlin yığıydılar. Beşinci gün axşam toy başlıydı. Altıncı gün boxca oluydu. Qızın boxcasın - paltarın aparıydılar, qız evində toy oluydu. Bazar günü oğlan evində toy oluydu, gəlini gətiriydilər. Birinci gün qazaxdağıtdı oluydu, yenə çalmağ, öynamağ. Kəntin adına qora Sarıbaş çalğı variydi.
Dostları ilə paylaş: |