Hər çərşənbələri keçiriyıx. Hədyəl deyən yer var bizin, yuxarıınki ora yığılıb, aşaanınkı aşaaı. Smavarı qaynatıp stolun başına qoyuplar. Kimin evdə nə bişipsə, stola qoyuplar, kişili, arvadlı, uşaqlı çöldə tonqalın başına toplaşıplar. Rəqs ediplər, balacası, böyüyü. Mən yaşlıyəm, qadınam utanım, olmupdu. Qonşunun kişini qardaşı bilmişıx, uşağını uşağımız bilmişıx. Respublikamızda ən saf insanlar qalan mən diyərdim, bizin kəntimizdi. Mehribançılıx. Mən evdə olmasam, mənim qonşum qonağımı qarşılıp, yola salıy. Qonaxpərvər kəntdi habı kənt. Kimsə habırdan ac gedə bilməz. Gözəl adətimizdən biri də yolun bi hissədə isdər yaşlı, isdır cavan olsun, at belində hardansa gəliylərsə hora çatanda atlı atdan düşiy, kəntə hörmətsizdıx olmasın deyə, atı çəkə-çəkə gətiriylər. Kənt içində at minmax ayıb sayılıy. Böyüklərə hörmətsizdıx sayılıy.
Osmanova Mehparə Abdulla qızı, 1967-ci il təvəllüdlü. Sarıbaş kəndi