D ədə Qorqud ● 2017



Yüklə 2,56 Mb.
səhifə79/184
tarix01.01.2022
ölçüsü2,56 Mb.
#102842
növüXülasə
1   ...   75   76   77   78   79   80   81   82   ...   184
Epos və ritual. Oğuz eposunun az öyrənilmiş sahələrindən biri onun arxaik ritual əsaslarının müəyyənləşdirilməsi problemidir. Burada məsələ eposda görünən ritual rudimetntlərinin təsviri deyil, onların motivlənməsi, epos strukturunun forma­laş­masında oynadığı rolun müəyyənləşdirilməsi və daşıdığı funksional semantikanın aydınlaşdırılmasıdır. Kamil Vəlinin tədqiqatlarında məsələnin bu aspektinin də öyrə­nil­məsinin zəruriliyi diqqətə çatdırılır. Xüsusilə, formul nəzəriy­yəsinin tətbiqin­dən bəhs edərkən ritual formulları ayrıca bölmə olaraq seçilir. “Rəqsi, ifanı, yara­dıcılığı birləşdirən aşığın (qədim qamın, ozanın) ritual səciyyəli dastan ifası dünya mədə­niy­yətində bir fenomen” (13, 69) olduğu diqqətə çatdırılır. Eposun struk­turunu öyrənər­kən onun semantik səviyyəsini müəyyənləşdirən əsas element­lərdən biri ritual formuludur. Ritual formullarına toy, yas, hədiyyə vermə, mövsüm və s. aid edilir.


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin