Folklor tarixi-diaxron aspektdən öz inkişafının bütün mərhələlərində geniş mənada bəşəriyyətin fəaliyyət metasistemi kimi götürülən mədəniyyətin universal inkişaf qanunauyğunluğu əsasında funksionallaşmışdır. Bu mənada sosioloji aspektdən mədəniyyətin funksiyaları ilə folklorun funksional strukturu arasında dərin bir qarşılıqlı əlaqə və şərtləndirmə mövcuddur. Məqalədə kulturoloji olaraq elmdə normativləşmiş mədəniyyətin əsas funksiyaları aspektindən folklorun funksional strukturu araşdırılır. Məqalədə nəzəri-metodoloji yanaşma konteksti olaraq Malinovskinin funksionalizm nəzəriyyəsinin nəzəri postulatlarından istifadə edilmişdir.