D ədə Qorqud ● 2017



Yüklə 2,56 Mb.
səhifə91/184
tarix01.01.2022
ölçüsü2,56 Mb.
#102842
növüXülasə
1   ...   87   88   89   90   91   92   93   94   ...   184
Məsələnin qoyuluşu. Məqalədə bir mədəni sistem kimi folklorun funksiya­la­rı, əsa­sən, sosial kontekstdə nəzərdən keçirilmişdir. Həmçinin folklorun sosial müstə­vi­də gerçəkləşdirdiyi funksiyaların onun daxili təbiəti, funksional strukturu ilə şərt­lən­mə mexanizmləri də tədqiqatın əsas araşdırma istiqamətlərini təşkil edir.

İşin məqsədi. İşin bir neçə məqsədi vardır:

1. Folklora bütöv mədəni sistem kimi (yalnız sözlü mətn fakturası kimi deyil!) ya­naşmaq təcrübəsinin elmi baxımda təqdimi;

2. Folklorun milli folklorşünaslığımızda kifayət qədər tədqiq edilmiş estetik fun­ksi­yasından əlavə digər funksiyalarının təhlili kontekstində onun funksional struk­turunun yalnız bədii-estetik deyil, sosial, psixoloji, iqtisadi, mədəni və s. aspekt­lərə da malik olduğunu əsaslandırmaq;

3. Folklorun sosial müstəvidə həyata keçirdiyi funksiyaları kontekstində onun daxili funksional strukturunu öyrənmək.


Kulturoloji aspektdən folklorun funksional strukturu onun bütöv mədəni sis­tem kimi həm də funksiyalarında əksini tapmışdır. Kulturologiyada ayrı-ayrı kul­tu­ro­loji elmi istiqamətlərin yanaşmalarından asılı olaraq, mədəniyyətin funksiyaları müx­tə­lif cür təsnifləndirilir. Rus və Azərbaycan folklorşünaslığında folklorun estetik fun­k­si­o­nal­­lığı geniş təhlil olunmuş, bir çox hallarda bu istiqamət bütövlükdə xalq mə­də­niy­yəti funksionallığının özü ilə eyniləşdirilmiş, folklorun digər funksiyaları isə arxa plana keçirilmişdir. Halbuki folklor bir sıra sosial, mədəni, iqtisadi, dini, mi­fo­loji və s. amillərlə şərtlənən mürəkkəb funksiyalar sisteminə malikdir.

Folklorun funksional strukturu ilə funksiyaları arasında dialektik əlaqəni şərt­lən­dirən əsas amil ondan ibarətdir ki, folklorun funksiyaları onun daxil olduğu daha iri sistem daxilində dəyərləndirilməsini nəzərdə tutur. Başqa sözlə ifadə etsək, folklo­run funksiyaları onun bütövlükdə aid olduğu sosial mühitə müxtəlif təsir para­metr­lərini nəzərdə tutur. Bu amilin özü isə birbaşa folklorun daxili funksional strukturu ilə əlaqədardır.

Folklorun daxil olduğu sosial çevrəyə təsirini şərtləndirən onun funksional struk­­turumu? Yoxsa, əksinə, ətraf mühitin, sosial çevrənin tələblərimi folklorun fun­k­sional strukturunu müəyyənləşdirir? Burada müəyyənedici status onlardan han­sı­na məxsusdur? Hesab edirik ki, burada şərtləndirmə qarşılıqlıdır. Və burada bu qar­şı­lıq­lı şərtləndirməni kommunikasiya müəyyənləşdirir. Əslində, kommunikasiya bu mexa­nizmin işləkliyini təmin etmiş olur. Bu şərtləndirmənin daxili mexanizminin aydın təsəvvür edilməsi üçün ingilis etnoqrafı və sosioloqu Bronislav Malinovski tərəfin­dən əsası qoyulan Funksionalizm nəzəriyyəsinin əsas postulatlarına diqqət yetirmək lazımdır.

Funksional nəzəriyyənin əsas ideyası ondan ibarətdir ki, mədəniyyət insanın bioloji tələbatlarının (yemək, məskunlaşmaq, nəsil artırmaq və s.) ödənilməsi zəru­rətindən meydana gəlmişdir. B. Molinovski funksional yanaşmanın üç mühüm postu­la­tını müəyyənləşdirmişdir:

1. İstənilən mədəniyyət vahiddir (cəmiyyətin funksional vahidi kimi);

2. İstənilən cəmiyyət və sivilizasiya tipi, adət və ənənə, inanc sistemi mədə­niy­yət üçün olduqca mühüm funksiya yerinə yetirir;

3. Mədəniyyətin istənilən elementi dəyişməzdir.

B. Malinovskinin təqdimatında müasir sivilizasiya sosial institutların mürəkkəb üzvi sistemidir. Bu institutların hər biri ilk növbədə fizioloji və psixoloji, daha sonra isə mənəvi olmaqla insanların tələbatlarının ödənilməsi funksiyasını yerinə yetirir.

B. Malinovski hesab edirdi ki, fizioloji və psixoloji tələbatın ödənilməsi bütün mədəniyyətlər üçün universal qanunauyğunluqdur. Mədəniyyətlər arasında fərq, əsasən, mənəvi tələbatın ödənilməsi ilə şərtlənir. Onun yanaşmasına görə, sivi­li­za­siyanın əsas mövcudluq şərti ictimai həyatın təşkili formalarının "tarazlığı" və sosial institutlar arasında harmoniyadır.

B.Malinovskinin funksional nəzəriyyəsinin folklorşünaslığın inkişafına ən böyük təsiri ondan ibarət olmuşdur ki, ötən əsrin ikinci yarısında Amerika folklor­şünaslığında xüsusi yeri olan kontekstualizm nəzəriyyəsi və folklora performans yanaşma məhz bu nəzəriyyənin əsas postulatlarının təsiri altında yaranmışdır (Funk­sio­nalizm nəzəriyyəsinin əsas postulatları A.A.Belikin "Kulturologiya: mədəniy­yətin antropoloji nəzəriyyələri" kitabında geniş şərh edilmişdir (1).

İndi isə ümumən mədəniyyətə şamil edilən universal funksiyalar istiqamətində (mədəniyyətin funksiyaların təsnifində A.İ.Kravçenkonun "Kulturologiya" kitabına əsaslanılmışdır (2) folklorun funksional strukturuna diqqət edək:


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin