Azərbaycandilli virtual məkanda son dövrlərdə aktiv folklor proseslərinin gedişi yeni folklor obraz və modellərinin meydana çıxması ilə nəticələnmişdir
Azərbaycandilli virtual məkanda son dövrlərdə aktiv folklor proseslərinin gedişi yeni folklor obraz və modellərinin meydana çıxması ilə nəticələnmişdir;
Albert Eynşteyn obrazı təbiəti etibarilə qlobal xarakterli olsa da, aktuallaşdığı məqamda yerli və lokal xarakter də kəsb etməkdədir. Xüsusilə müəyyən yaş və peşə qrupları mühitində aktual olan zarafat mövzuları vardır ki, bunların Eynşteyn obrazı vasitəsilə təqdim olunması komikliyin dərəcəsinin daha da yüksəlməsinə səbəb olur;
Azərbaycandilli virtual məkanda Albert Eynşteyn obrazı ictimai tribuna funksiyasını həyata keçirir. Tarixi şəxsiyyətin emosional yaddaşdakı mahiyyəti onun folklor təzahürlərində müdrik, ağsaqqal, ictimai fikri ifadə edən institusional subyekt kimi özünü göstərir.