Nigar HƏSƏNOVA
filologiya üzrə fəlsəfə doktoru
ETNOQRAFİK MƏTNLƏR
Yer, yurd adları və nəsillər. Xatirələr
I mətn
Təbii proseslərə nəzər salanda buranın tarixi min illərə vurur. Mənin hindi 60 yaşı var, mənin uşax vaxı çayın yanında düz variydi. Çay hövzəsinnən 15 metr aşaaı tüşübdü mənim gözərimin qarşısında.
Sarıxlıbaşlıların üsyanı olubdu – türk tayfalarının. Mənbələrdə 6-7 yerdə Sarıbaş kənti var. Türkiyədə var, Pamir dağlarının ətəyində, Orta Əski Krayda var – hamı yerdə var. Güyə ordan köçüf gələnnərdi. Ama istinad eliyəsi tarixi mənbə yoxdu ki, həqiqətən də bu səbəbə görə Sarıbaşdı.
Bizin adamlar maldarlıqla, əkinçilıxla məşqul oluplar. Hu yellərdə – dağın döşündə çovdar əkiblər.
Qaxın o biri kəntdəri soora məktəb görüblər, baxmayaraq ki, biz dağda yaşamışıq. 1949-cu ildə bizdə su elektrik stansiyası olupdu – nə Qaxda olmuyupdu, nə İlisuda olmuyupdu. O turbaları nətəər gətiriblər, görsəz deyərsiz, nağıllardakı kimi.
Yəhyayev Rəcəb Yəhya oğlu, 1954-cü il təvəllüdlü. Ali təhsilli, riyaziyyat müəllimi. Sarıbaş kəndi
II mətn
Mən diyirəm, tarixi min illərə gidiy. Bu düzəngah əvvəl ordakı düzəngahın səviyyəsində olupdu. Aşına-aşına gəlipdi, burda bir kənt qalıpdı. Əvvəllər o kəndin qalıxları o dağın başındakı qabırsannıxlardı. Orda Dağıstana aşan bir aşırım Qabırrı qaz diyillər – o vaxkı ləhcəynən qaz nə dimaxdı, bilmiyam, bəlkə burdan o yana aşmax mənasında. Bizin çox sözdərimiz tam türk sözdəridi. Türklər kimi ilə biz – sarıbaşlılar yıl diiyıx, yaşıla yeşil, yarpağa yaprax, torpağa toprax.
Mənin babam105 yaşında ölüpdü. Nənəm də danışardı ki, burdan İlisuya kimi qoca qarılar corap toxuya-toxuya gidiydilər nəsə almağa. Yəni burdan İlisuya düzəngah olupdu. Aradan göççək çay axıydı. O çay dağıtıcı olduğu üçün dağıta-dağıta uçurumları əmələ gətirip.
Yəhyayev Rəcəb Yəhya oğlu, 1954-cü il təvəllüdlü. Ali təhsilli, riyaziyyat müəllimi. Sarıbaş kəndi
III mətn
Qaxın üç Sosialist Əməyi Qəhrəmanının ikisi habı kəntdəndi – Həmzəyev Süleyman, Mirzəyev Həsən. Orden alan üç kalxozdan biri də bizim kalxoz olupdu. Bu yanında uturan gəlinin babası qızıl ulduz medal alıpdı. Bircə vidyo olsaydı, görəydin 1965-ci il bu kəntin intibah dövrüydü. O dövrdə burda heç dağılan ev yoxuydu, heç qapıda qıfıl yoxuydu. 1972-ci ildən dağ kəndlərinin sosiyal-iqtisadi vəzyətinin yaxşılaşdırılmasına qərar çıxdı, tərk olunmağa başladı. Yaxşılaşdırmaq deyəndə ki, dağ kənlərindəkiləri köçüriydilər arana. Bu kəntdə var iydi hamam, kulub. İlisuda yox iydi onda.
Yəhyayev Rəcəb Yəhya oğlu, 1954-cü il təvəllüdlü. Ali təhsilli, riyaziyyat müəllimi. Sarıbaş kəndi
IV mətn
Ho qoca qarı Molla Arif babanın nəvəsidi habı. Mən ateist olmuşam, birincisi, ziyarata inanmamışam. Hindi örgəniyam, Murtuzəli babanın ziyaratını, Məryəm nənənin ziyaratını. Müqəddəs yerlərdi.
Mən 10 il məəlim işləmişəm burda. Mart ayında, bi dəstə məəlimiydıx burda. Ova gidiydıx dağlara. Ağappax qarın içində gürzə ilan çıxmışdı.
Dostları ilə paylaş: |