Osmanova Mehparə Abdulla qızı, 1967-ci il təvəllüdlü. Sarıbaş kəndi
Əski kənd
I mətn
Pir Seyid baba diyən ziyarat yolu var. Horda bi Əski kənt deyilən kənt var. Şamilin qala da var honun usdundə. Bizin kəntimiz əvvəl horda yerləşipdi. Sarıbaşın qədim – ulu babaları horda yerləşipdi. Hündürboy, iki metrə boyu olan calal-calğa yeniyetmələr olup ho vaxı. Bizin ləhceynən Eski kənt diiyıx, köhnə dimaxdı. Hora erəp qoşunnarı gəlip darmadağın elip kənti, ehalinin bi hissəsi İlisuya, bi hissəsi qaçıp bura – 7 kilometr bu tərəfdə yerləşiy. Yəni yarı burda, yarı horda məskən salıpdı. Sarıbaşlılar helə olup burda məskunlaşıp. Yenə eşəndə qoruysan, saxsı qab, şey. Ona qora biliplər, burda kənt olupdu. Əvvəl çaylar heç olmupdu, dümdüz yer olupdu. Nenələrimiz diyi, Əski kəntdə bizin sarıbaşlılar yaşıyanda çörək bişimağa sac lazım olanda elində corab toxuya-toxuya İlisuya gidip, helə bil, qonşuya gidip gələn kimi sacı alıp gəliydıx.
II mətn
Bizin Məscidi kəndi də olupdu. Xəliddin məəlim uşaxları ekuskursiyaya aparıp, horda tapbışdı ki, qəbirrər də var. Yəni yarı ora-bura qaçanda üş-dörd yerdə kənt yerrəşip. Hindi Dağıstannan həmsərhədıx, ucqar kəndıx. Minəxatın əədə onu diyərdi ki, hava ho qədər təmiz olup, bizin minarədə azan oxunanda Dağısdanın Qudur kəntində adamlar işitip, namaza uturuymuşdar. Hansı ki, əməlli məsafə var. Amma hindi diyiyıx, holarmı, helə bi şey? Hər şey elə saf olup ki, yayılıp də sesi.
Türkiyədən Əhməd məəlim diyən bi məəlim minarədə oxudu, inan, elimizdəki qab tüşdü. Mikrafonsuz oxiydi, İlisu işitiydi honun səsini. Minarə, məscidimiz təmir olunasıdı. Vaxtilə ikimərtəbə olup, aşaada kişilər, yuxarda qadınnar namaza uturuplar. Kalxozun dövründə sklad kimi olup, pendir yığıplar. Ama yenə də o qədimi darvazaları, həyəti, yazıları, minarəsi. Minarənin laxlıpdı özülü. Təmir olunmasa, uçmax təhlükəsi var. Kolxozda özbaşınalıq baş verəndə mənim qaynanamgil uturup söhbət eliyəndə diyidi, ay bala, özbaşınadılar. İsdəndə qabax-qabağa öyniylər, isdəndə dal-dala.
Bu kənt balaca olmasına baxma, nə qədərə alimi, el şairi yurd yetişdirip. Bi deyim yaranmışdı, Rusiyetdə qarpız kessən, içinnən sarıbaşlı çıxiy. O qədər yayılıp. Abdullah məəlim diyən bizin alim var. Gözəl şeirləri var. Həşim dedə el şairidi.
Osmanova Mehparə Abdulla qızı, 1967-ci il təvəllüdlü. Sarıbaş kəndi
III mətn
Məllimlər uşaxları Əski kənddəki Şamil qalaya ekskusiyaya aparırlar. Hindi də duruy. Atnan gidiylər. Dağıstana gidən araba yolu var.
Bizin mescitdə oğuz tayfalarınnan insan qabırrarı var. Mescitdə arxac diyilər, qəbirri arxac yeri "dağın ortasıda düz yer" – qabırrar var. Qoyunnar yatiy. Mənin yadına geliy, orta mektəbdə aşaa sinifdə oxiydıx. Bizin Xalid məəlim vardı, uşaqları aparıp qabırrarı əçdırmışdı. Yuxarı sinif uşaxlarına sümükləri gətirtmişdi. Ho uzun insan sumukların men qormuşdum. Dizdən aşaası yarım metrədən uzun. Bi həftə yağış yağdı, çəmrə basdı kənti. Ho sümükləri çıxarıb gətidilər duman, yağış basdı. Açılmırdı. Rəmətdıx nenəm dedi, qabır açıplar, Allahın acığına gəlip. Niyyət elədilər, səhər hava açılsın, biz bunu kəfənniyib dəfnnəcağıq. Həqiqətən də səhər açıldı hava. Heç kişilər də yox, kəntin arvaddarı yığışıp kəfənniyip bulları basdırdılar.
Dostları ilə paylaş: |