Osmanova Mehparə Abdulla qızı, 1967-ci il təvəllüdlü. Sarıbaş kəndi
III mətn
Şeyx Molla Əli baba - başda. Pir Seyid baba aşaadadı. Məryəm nənə, sonra Molla Arif baba. Hamısının kəramətdəri olupdu. Şeyx Molla Əli baba axsax kişi olupdu. Həccə gedip, gəlip bi nəfər. Diyipdi ki, Həccdə cümə namazında sizin Şeyx Molla Əli baba vardı. Halbuki Şeyx Molla Əli baba burda olupdu. Həccə getmiş kişi isə onu orda cümə namazında görüpdü.
Xəlləyeva Mahirə Nəbi qızı, 1973-cü il təvəllüdlü, Sarıbaş kəndi
Pir Seyid baba
Horda Pir Seyid baba ziyaratı var. Horda necə sellər, sular gəlip. Hələ bir baş mal-qara ordan axmıyıp, ya bir nəfər ölmüyüp. Qabaannan qaya tökülüy. Vaxt-bivaxt mal keçiy, at keçiy - kəntin naxırı keçiy. Ayağa daş dəymiy. Fəlakət baş vermiy. Müqəddəs ziyaratgahdı.
Molla Arif baba
Molla Arif baba var, Talanın ucunda bizin qəbirsannıxda basdırıplar. Yuxuda görünüp, kəntin ağsaqqal kişisi var, ona. Deyip, mən uçuyəm, meni qoturun. Talanın da ucu dağılıpdı, tokuluy, uçiy. Gedip baxıplar, həqiqətən qabırın yanı uçupdu. Sonra onu qoturanda diyii, gedib təzədənnən yer qazıplar, onu qotumağa, bir duman gəlip göyə. Özü də aydın havadan. Qapqara zülmət, göz gözü görmüydü. Onu basdırannan soora hava açıldı.
Dostları ilə paylaş: |