D ədə Qorqud ● 2017



Yüklə 2,56 Mb.
səhifə160/184
tarix01.01.2022
ölçüsü2,56 Mb.
#102842
növüXülasə
1   ...   156   157   158   159   160   161   162   163   ...   184
Qumru Şəhriyar

EDİGEY” DASTANI



(noqay variantı)
Kasıb bir çoban çöldə qoyunlarını otararkən qarşısına quru kəllə çıxdı. Çoban dayanıb diqqətlə kəlləyə baxdı. Gördü ki, quru kəllənin alnına bir şeylər yazılıb. O, oxuma-yazma bilmirdi. Kəllə sümüyünü götürüb evinin yaxınlığındakı aulda oxumağı bacaran birinin yanına getdi. Kəllənin üzərində sadəcə: “Mən ölmüşəm, sən min adam öldürəssən, öləndən sonra da qırx adam öldürəcəksən” sözləri yazılmışdı. Çoban bu sözlərə təəccüb etdi. Kəllə sümüyünü götürüb evinə gəldi, çəkiclə yaxşı-yaxşı sümüyü əzdi, sonra yığıb bir yükün arasına qoydu, arvadına baxmamağı tapşırdı. Ona da bunun nə olduğu, hardan tapdığı haqda heç nə demədi.

Çoban qoyunları otarmağa gedəndə qızı yükün arasını eşib bağlamaya baxdı. Orada sadəcə ağ un vardı. Qız dilini vurub unu yaladı. Dadı yox idi. Qız bu undan hamilə qaldı. Zamanı yetişəndə bu qız bir oğlan doğdu. О da sürətlə böyüdü. Bu uşağı Barkaya adlandırdılar. O, çox ağıllı, igid bir uşaq oldu. Beləliklə, yetkinlik yaşına çatanda öz yurdunun xanı ilə qarşılaşdı. Xan böyük dəstənin başında atla gəzintiyə çıxanda, qırx it iki hissəyə bölünərək iyirmisi xanın sağından, iyirmisi də solundan ona hücum edərək atdan saldı. Xan vəzirlərinə tərəf boylandı. Vəzirləri heç nə deyə bilmədilər.

Sonra xan öz elinə xəbər göndərdi: mənim başıma gələnləri kim düz yozsa, onun istədiyi hər şeyi verərəm. Heç kimsə bu işin izahını tapa bilmədi. Xəbər Barkayaya da gedib çatdı. O, gəlib xana “başına gələnləri mən yozaram” – dedi.

– Yoz! – xan dedi.



Barkaya xana dedi: “Sənin qırx vəzirin var. Qırx vəzirin iki qrupa ayrılıb hərəsində iyirmi nəfər olmaqla arvadınla birləşib səni onun əli ilə öldürtdürüb taxtdan salaraq başqa xan seçəcəklər. İyirmi vəzirin sənin yerinə bir adam seçəcək, o biri iyirmisi isə başqa adam”.

– Sən yalan danışırsan, itin doğduğu! – xan əsəbləşərək dedi, – səni mən bu saat dar ağacından asdıraram.

– İnanmırsansa, gecə qaravul qoy. Gecə yarısı vəzirlərinin arvadının yanına gəldiyini görəcəksən! – Barkaya dedi. Xan Barkayaya inanmasa da, qaravul yolladı. Qırx vəzir də gecənin yarısı xanın arvadının yanına gəlib onun xanı necə öldürəcəyini, həm də kimin xan olacağını söylədilər. Bundan sonra xan qırx vəzirini də dar ağacından asıb öldürtdü. Qırx vəzirin öldürülməsi quru kəllənin alnına “öləndən sonra da qırx adam öldürəcəksən” sözlərini xatırladır.

Xan Barkayanı özünə vəzir təyin etdi. Barkaya isə Ana İdilin sahillərinə gedib ovçuluq və balıqçılıqla məşğul olmağa başladı. O, orada böyük adam1 oldu. Amma buna baxmayaraq, hər kəsdən uzaq yaşayırdı və balıqçılıqla dolanırdı. Camaatla əlaqəsi yox idi, gecə-gündüz meşədə, çayın sahilində dolaşırdı. Ona görə də Barkayanın bütün bədənini tük basmışdı, saçları uzanmışdı, saqqalı baldırına çatırdı. Özü isə cüssəli, qüvvətli idi. Barkayayа camaat “Bаbа-Tuklas Şaşlı Əziz” deyirdilər.

Bir dəfə Barkaya və ya Baba Tuklas Şaşlı Əziz Şekerli göldə dan yeri sökülən zaman torla balıq tutanda gölün sahilinə doqquz qu quşu gəlib qondu. Birdən qanadlarını açıb qu quşu geyimlərini soyunub doqquzu da boğazları nazik, uzun, üzükdən keçən qızlar oldular. Barkaya bunları görüb yavaşca sahildə gizləndi və onları izləməyə başladı. Doqquz qızın hamısının gözəlliyinə söz yox idi, qu quşları geyimlərini gölün sahillində qoyub özləri isə gölə girib çimməyə başladılar.
Бир ярлы койшы кырда койларын багып юргенде мунынъ алдына адамнынъ бас суьеги рас келеди. Койшы таягы ман бас суьекти авдарып карайды. Караса – бастынъ манълайына бир затлар язылган. Койшы окып–язып билмейди. Бас суьекти таякка кийгистип, уьйге ала кайтатта, авылда окып билген биревге коьрсетеди. Окып карасалар: “Мен оьлмей турып сан мынъ адам оьлтиргенмен, оьлгеннен сонъ кырк адам оьлтирермен” деп язылган экен. Койшы буга сейирсинеди. Бас суьекти уьйине аькеледи, аьруьв этип шоькиш пен суьекти уваткылайды, сонъ йымсак этип термен мен тартадыта, бир шиберекке туьйип, пишесине йыйдырмага береди. Пишесине не зат экенин бу ун кайдан шыккан экенин айтпайды.

Койшы койларын бакпага кеткенде, койшыдынъ кызы шиберекти шешип карайды. Караса – ак ун. Кыз тили мен ялап карайтта ютады. Даьмдум йок. Болса да кыз сол уннан авыр аяклы болады. Заманы етип, кыздан бир ул бала тувады. Ол да тез оьсип асыл болады. Муны Баркая деп атайдылар. Бу бек акыллы, йитик бала болады. Суьйтип яшап турганда сол юрттынъ ханы туьс коьреди экен. Хан уьйкен аргымак ат пан бараятканда, муны кырк ийт эки боьлинип, йырмасар болып, ханнынъ онъ ягыннан да, сол ягыннан да сермеп, аттан юлкып туьсирип, талаяк боладылар экен. Хан сосы туьсин ваьзирине йорытаяк болады. Ваьзирлери де бир зат та айтып болмайдылар.

Сонда хан юртына хабар яяды: меним туьсимди туьз йорыган адамга не суьйсе соны беремен деп. Бир адам да йорып болмайды. Сол хабар Баркаяга да етеди. Бала келеди ханга туьсинъди мен йорыйым деп.

Йоры, – дейди хан.



Баркая айтады ханга: «Сенинъ кырк ваьзиринъ бар. Сол кырк ваьзиринъ эки боьлинип, йырмасар болып, сенинъ хатынынъ ман билисип, хатынынъа сени оьлтиртип, сени тактан туьсирип, баска хан салаяк боладылар. Йырма ваьзиринъ сенинъ орнынъа бир адамды салаяк болады, ана йырмасы – баска адамды».

Сен ялган айтасынъ, ийттен тувган бала! – дейди хан ашувланып, – сени мен бу саьат аскакка астырарман.

Ийнанмасанъ кеше каравыл сал. Туьн ортасы ава ваьзирлердинъ хатынынъа келгенлерин коьрерсинъ! – дейди Баркая. Ийнанмаса да хан каравыл салады. Карасалар, кырк ваьзири де туьн ортасы ава ханнынъ хатынына келип, анды кайтип оьлтирееклерин эм кимди хан этип салаякларын соьйлеседилер. Сонда хан кырк ваьзирин аскакка асып оьлтиреди. Мине сосы кырк ваьзир эди баягы бас суьектинъ манълайына «оьлгеннен сонъ кырк адам оьлтирермен» деп язылганы.

Хан Баркаяды оьзи мен калдырып, ваьзир этеек болады. Болса да Баркая уна­май, Ана Эдил сувы бойына кетип, анъшылык, балыкшылык пан кешинип баслай­ды. Баркая оьсип, уьйкен адам болады. Ол коьбисинше анъшылап–балыкшылап юрген. Сонынъ уьшин халкка коьп косылган йок. Кеше-куьндиз агашлыкта, сув ягада юргеннен себеп Баркаядынъ савлай кевдесин туьк баскан, басына узын шаш биткен, сакалы сав коькирегин ябатаган болган. Оьзи колайсыз мазаллы, куватлы болган. Баркаяга халк «Баба-туьклес шашлы Азиз» деп ат таккан.

Бир кере Баркая, соьлеги Баба туьклес шашлы Азиз, Секерли коьлде, танъ сес берген заманда йылым ман балых ыслап турганда коьлдинъ ягасына тогыз ак–кув келип конады. Конса-консын, бирден канатларын кагып йибередилертте, ак–кув кийимлерин таслап, тогызы да ишкен сувы тамагыннан коьринген, юзиктей кызлар боладылар. Баркая буларды коьрип, акырын ягага шыгады эм ясырынып буларга ювык келеди. А тогыз кыз, аьруьвликлеринде эсап йок, ак–кув кийимлерин коьлдинъ яга­сында калдырып, оьзлери коьлге кирип, сувга туьсип баслайдылар.

Barkaya qızlardan birinə aşiq oldu və onlardan xəbərsiz o qızın qu quşu geyimini oğurladı. Qızlar sudan çıxıb paltarlarını geyinməyə başladılar. Qızlardan biri gördü ki, paltarı yoxdur. Nə etsinlər, səkkizi geyindi, çönüb qu quşu olub uçub getdilər. Biri isə ağlaya-ağlaya qaldı. Qəflətən qamışlıqdan Barkaya çıxdı. O, qıza dedi: “Mən sənə aşiq olmuşam. Sən getsən, mən xiffət çəkməkdən ölərəm. Sənin paltarın məndədir. Sən mənim arvadım olsan, mən sənin geyimini qaytararam”. Qız gördü ki, başqa çarəsi yoxdu, dedi:



“Yaxşı, mən sənin arvadın olaram, amma sən gərək ildə bir dəfə paltarımı verəsən, gedib öz bacılarımı görüb, gəlim”. “Yaxşı” – Barkaya dedi. Bunlar beləcə yaşadılar: Barkaya balıq tutdu, ceyran ovladı. Arvadı da onları qurutdu. Bir xeyli zaman keçdikdən sonra arvadı hamilə qaldı. Bir gün Barkaya balıq ovundan evə qayıdanda gördü ki, arvadı evdə yoxdu, kolun dibində bir uşaq vardı. Uşaq yenicə doğulmuşdu. Barkaya arvadını axtardı, səslədi – o, yox idi. Sonra gedib qu quşu geyimini gizlətdiyi yerə baxdı. Təəssüf ki, qu quşu paltarı da yox idi. O, qu quşu olan qızın hər şeyi ataraq getdiyini anladı. Çarə yox idi. Barkaya oğlunu da götürüb auluna qayıtdı. Uşağa Kutlu Kaya adını verdi. Kutlu Kaya kiçik yaşlarından atası ilə birlikdə ova gedirdi. Ovda çox mahir idi. Xüsusilə ov quşlarının əhlilləşdirməsində çox usta idi. Yetkinlik yaşına çatanda ov üçün sunqar1 quşlarını əhlilləşdirməyə başladı. Onun sunqar quşlarından yaxşısı heç bir yerdə tapılmazdı. Kutlu Kayanın yaşadığı yurdun xanı Toxtamış dа ov sunqarlarını çox sevirdi. Toxtamış Kutlu Kayanın ustalığını eşidib ona quşçuluq etməsi üçün yanına gətirdi. Beləliklə, Kutlu Kaya Toxtamış xanın yanında yaşamağa başladı. Toxtamış xanın sunqarları başqa xanların ov quşlarının hamısından çox cəld idi. Xanlardan biri – Şahtemir xan da ona görə Toxtamışın sunqarlarına qəzəblənirdi. Hətta bir dəfə Toxtamışdan sunqarlarından birini istədi də: “Bir bala sunqar ver mənə” – dedi. Toxtamış razı olmadı.

Bundan sonra Şahtemir xan Kutlu Kayanın yаnına gələrək məşhur sunqarların yumurtasından istədi. Kutlu Kaya Toxtamışdan qorxaraq vermədi.



Şahtemir xan dedi: “Sunqarlar ildə iki dəfə yumurtlayır. Bu il bir dəfə yumurtladı deyərsən, bir yumurtanı mənə sat”. Kutlu Kaya bir yumurtanı ona satdı. Zamanı yetişəndə o yumurtadan sunqar balası çıxdı. O da cəld, iti gözlü, qüvvətli sunqar oldu. Bir dəfə Şahtemir xan gənc sunqarını da götürüb Toxtamış xana qonaq gəldi. Onlar ova çıxdılar. Ağaclıqdan bir geyik çıxıb qaçdı. Toxtamışın sunqarı da, Şahtemir xanın sunqarı da atılıb geyiki qovaladılar. Şahtemir xanın gənc sunqarı geyiki tutdu. Toxtamışın sunqarı isə ovsuz qaldı.

Toxtamış soruşdu: “Sən bu yaxşı cins sunqarı hardan tapdın? Bu növ məndən başqa heç kimsədə yox idi...” – dedi. Şahtemir xan dinmədi. Bunlar yolda oturub qımız içdilər. Bu zaman Şahtemir xan dedi: “Mənə bu sunqar yumurtasını sənin quşçun Kutlu Kaya verdi”. Toxtamış xan yaman əsəbləşdi. Xan sarayına gəlib Kutlu Kayanı öldürməyi əmr etdi. Kutlu Kaya bunu eşidib meşəliyə qaçdı. O, uzun illər meşədə ovçuluq edərək yaşadı. Günlərin bir günü ona albaslının2 qızı rast gəldi. Kutlu Kaya albaslının qızı ilə evləndi. Qız dedi: “Mən sənə arvad olaram, amma mən soyunanda gərək sən mənim qoltuğumun altına və ayaqlarıma baxmayasan”.

– Yaxşı, – Kutlu Kaya dedi.

Albaslının qızı çox yaraşıqlı idi. Bunlar yaşamağa başladılar. Günlərin bir günü Albaslının qızı çılpaq yatanda Kutlu Kaya dözə bilməyib arvadının qoltuğunun altına və ayaqlarına baxdı. Qoltuğunun altı deşik idi. Sol deşikdən içində ökkəsi-bağırı3 görünürdü. Ayaqları isə quş ayağı idi.

Баркая кызлардынъ биревине бек ашык болады эм акырын, билдирмей сол кыздынъ ак–кув кийимин урлайды. Кызлар сувга туьсип болып шыгып кийинип басласа, бир кыздынъ кийими йок. Не этсинлер, сегизи кийинип, кайтара ак–кув болып, ушып кетеди. Биреви йылай-йылай калады. Сонда камыстынъ ишиннен Баркая шыгады. Баркая айтады кызга: «Мен сага ашык болдым. Сен кетсенъ, мен кайгыдан оьлеекпен. Сенинъ кийиминъ менде. Мен сага кийиминъди кайтарайым, тек сен меним хатыным болсанъ». Кызга амал йок, кыз айтады:


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin