Çapa tövsiyə edən: Fil.ü.e.d. Ramazan Qafarlı
Əziz ƏLƏKBƏRLİ
AMEA Folklor İnstitutu
Filologiya üzrə fəlsəfə doktoru, dosent
eziz_elekberli@rambler.ru
AZƏRBAYCAN FOLKLORUNDA DƏVƏ VƏ
DƏVƏÇİLİKLƏ BAĞLI DEYİM VƏ RƏVAYƏTLƏR
(Qərbi Azərbaycan folkloru materialında)
XÜLASƏ
Azərbaycan qədim İpək yolunun üstündə yerləşdiyindən buranın əzəli sakinləri olan Azərbaycan türklərinin folklorunda onların başqa xalqlarla ticari əlaqələri, iqtisadi və ticari münasibətləri də öz geniş əksini tapmışdır. Bu, Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindən toplanmış folklor materiallarına da eyni dərəcədə aiddir. Keçmişdə ticari əlaqələr, əsasən, dəvə karvanları vasitəsilə aparıldıcından bu regionun folklorunda dəvə və dəvəçiliklə bağlı çoxlu deyimlər, atalar sözləri və rəvayətlər özünə yer almışdır. Və bu cəhət Qərbi Azərbaycan folklorunun spesifik xüsusiyyətləri sırasına daxil olmuşdur.
Açar sözlər: Qərbi Azərbaycan, Göyçə, Çobankərə, Dəvəli, karvan, Abubəkr Tehrani.
Aziz Alakbarli
Dostları ilə paylaş: |