Tullantılar
Tipik seysmik tədqiqat zamanı formalaşan tullantı növləri və onların tərkibindəki komponentlər və nəzərdə tutulan utilizasiya marşrutları Cədvəl 4.4-də sadalanıb. Çirkli məişət-təsərrüfat sularının və fekal suların formalaşması və utilizasiyası Bölmə 4.6.4-də ayrıca olaraq təqdim edilib.
Yedəklə dartılan strimerlə aparılan seysmik tədqiqatlar MARPOL 73/78 konvensiyasının tələblərinə, müvafiq milli qanunvericiliyə və qabaqcıl təcrübənin prinsiplərinə uyğun olaraq dənizin çirklənməsinin qarşısının alınmasına dair protokollardan istifadə etməklə həyata keçiriləcək. Yandırılan tullantılar istisna olmaqla, bütün tullantılar sahildə yekun utilizasiya edilmək məqsədilə çeşidlənəcək, etiketlənəcək və təyinatına uyğun qablarda saxlanılacaq. İcazə verilmiş yandırılan tullantılar, o cümlədən qida tullantıları MARPOL Əlavə VI qaydalarına uyğun olaraq gəmidəki tullantı-yandırma sobasından (mövcud olduqda) istifadə etməklə yandırılacaq; tullantının formalaşan külü də sahildə yerləşən təsdiqlənmiş obyektlərdə yekun utilizasiyaya göndərilmək üçün göyərtədə saxlanılacaq.
MARPOL 73/78 konvensiyasının tələblərinə uyğunluqdan əlavə, BP-nin AGT Regionu üzrə Tullantılara dair Təlimatlarına da əməl olunacaq ki, bütün tullantıların BP-nin standartlarına uyğun idarə olunması təmin edilsin.
Cədvəl 4.4: Seysmik tədqiqat zamanı formalaşan tullantı növlərinin idarə olunması7
Dostları ilə paylaş: |