Nəzərdə tutulan əməliyyatlar zamanı idarə olunan təhlükəli materiallara yanacaq (adətən dizel), hidravlik və digər texniki yağlar, boyalar və həlledicilər, batareyalar/akkumulyatorlar, soyuducu maddələr və təmizləyici kimyəvi vasitələr daxil olacaq. Gəmilərin göyərtəsindəki bütün təhlükəli materiallarla rəftar üçün ciddi prosedurlar tətbiq ediləcək və gəmi heyətləri kimyəvi maddələrlə rəftar üzrə və material dağılmalarına qarşı cavab tədbirləri üzrə təlim alacaq.