BOŞALMA
YÜKLƏNMƏ
Buraxılan səs impulsu
Dəlik
Dəlik
Yüksək təzyiqli hava
Atəşləyici porşen
Tətikləyici porşen
Yüksək təzyiqli hava
Yüksək təzyiqli hava
Solenoid klapan
Layihə üçün istifadə ediləcək seysmik mənbə hələ ki müəyyənləşdirilməyib. AÇG Kontrakt Sahəsində 2012-ci ildə aparılmış tədqiqatda Gilavar gəmisi üçün istifadə edilmiş seysmik mənbənin təfərrüatları Cədvəl 4.2-də təqdim edilib. Hazırkı ƏMSSTQ üçün ehtimal edilir ki, tədqiqatda oxşar layihələndirmə və düzülüşdən istifadə ediləcək. Bu, ən yüksək potensial təzyiq səviyyəsini əks etdirir.
AÇG Kontrakt Sahəsində 2012-ci ildə aparılmış tədqiqatda Gilavar gəmisi üçün istifadə edilmiş enerji mənbəyi iki “Bolt 1500/1900” pnevmotop qrupundan ibarət olub (hər birinin birgə kamera həcmi 3180 kub düym təşkil edib) və onlar su səthindən 7 +/-1m dərinlikdə yedəklə dartılıb. Ümumilikdə iki mənbə qrupu 48 mənbə elementindən təşkil olunub. Enerji mənbəyinin spesifikasiyaları Cədvəl 4.2-də ümumi şəkildə təsvir olunub və mənbə qrupunun düzülüş sxemi Şəkil 4 .6-də təqdim edilib.
Dostları ilə paylaş: |