D230 saylı blok üzrə seysmik tədqiqat


ƏMTQ üzrə milli təlimatlar



Yüklə 198,04 Kb.
səhifə11/17
tarix10.01.2022
ölçüsü198,04 Kb.
#106972
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

ƏMTQ üzrə milli təlimatlar


Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə icbari tələblər “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (“ƏMTQ haqqında qanun”) müəyyənləşdirilir. ƏMTQ haqqında qanunun məqsədi özəl və dövlət sektorundakı subyektlərin nəzərdə tutduğu təsərrüfat fəaliyyətlərinin ətraf mühitə və insan sağlamlığına təsirinin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən etməklə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 54.2-ci bəndini qüvvəyə salmaqdır.

Bu qanuna əsasən ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsində əsas prinsiplər aşağıdakılardır:



  • nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və sosial və iqtisadi sahəyə təsirlərinin təhlilinə əsaslanmaq;

  • nəzərdə tutulan fəaliyyətin ekoloji təhlükəsizliyinə dair məlumatların düzgünlüyü, şəffaflığı və etibarlılığını təmin etmək;

  • ekoloji tarazlığın və bioloji müxtəlifliyin qorunub saxlanması tələbini nəzərə almaq;

  • bütün mümkün ekoloji təsirlərin proqnozlaşdırılması və risk səviyyəsinin qiymətləndirilməsi;

  • nəzərdə tutulan fəaliyyətin ətraf mühitə təsirinin yol verilən normalarına uyğunluğunu təsdiqləmək;

  • Hökumət və bələdiyyə orqanlarının, fiziki və hüquqi şəxslərin və eləcə də qeyri-hökumət təşkilatlarının iştirakından əlavə ictimaiyyətə açıqlamanı, ictimaiyyətlə məsləhətləşməni və ictimaiyyət nümayəndələri tərəfindən nəzərdən keçirilməni təmin etmək;

  • ƏMTQ-nin dövlət nəzarətini və ictimaiyyət üçün şəffaflığını təmin etmək.

ƏMTQ-nin həyata keçirilməsi üçün riayət edilməli proses ƏMTQ haqqında qanunun 4-cü maddəsində təqdim edilib və həmin qanunda o cümlədən sənədi hazırlayan tərəfin (Sifarişçi) və səlahiyyətli orqanların (buraya ETSN daxildir) vəzifə və cavabdehlikləri qeyd edilib. ƏMTQ prosesinin xülasəsi, o cümlədən icbari tələblər aşağıdakı cədvəl 2.4-də təqdim olunub.

Cədvəl 2.4 Azərbaycanda ƏMTQ prosesi və icbari tələblər haqqında xülasə




Yüklə 198,04 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin