Karbohidrogen dağılmaları
Nəzərdə tutulan D230 saylı Seysmik Tədqiqat proqramı ərzində dəniz mühitinə çirklənməyə gətirib çıxara biləcək karbohidrogenlərin qəza nəticəsində baş verə biləcək potensial atqılarına yanacaqdoldurma, avadanlığın texniki xidməti, gəminin toqquşması, yanacaq çəninin sıradan çıxması, yanğın yaxud partlayış hallarında baş verən dağılmalar daxildir. Nəticə etibarilə baş verən potensial atqılar geniş miqyasda aşağıdakı kateqoriyalara bölünə bilər:
Tədqiqat gəmisindən iri həcmdə dizel yanacağının dağılması.
Kiçik həcmdə yanacağın, sürtkü yağının/texniki xidmət yağının və strimer məhlunun dağılması.
Böyük həcmdə yanacaq dağılmasının baş vermə ehtimalı azdır. Oxşar kəşfiyyat işləri ərzində qeydə alınan tipik karbohidrogen dağılmalarının həcmi 50 litr civarında olur3. Beynəlxalq Neft-Qaz İstehsalçıları Assosiasiyası4 tərəfindən su nəqliyyatında qəzaların statistikasının təhlili göstərir ki, gəmilərin toqquşması ümumi gəmi itkilərinin yalnız 12%-ni təşkil edir və bunun baş vermə ehtimalı çox aşağıdır.
Çirklənmənin Qarşısının Alınması üzrə Tanker Sahiblərinin Beynəlxalq Federasiyasının (ITOPF)5 statistikasına əsasən iri həcmli dağılmaların əsas səbəbləri çırpılma6/toqquşma (30%) və saya oturma (33%) hallarıdır. Digər mühüm səbəblərə isə korpusun sıradan çıxması və yanğın/partlayış hallarıdır (Şəkil 7.1).
Şəkil 7.1: İri neft dağılmalarının (700m3) səbəbləri, 1970-2013 (ITOFP, 2014/2015)
Tədqiqat gəmisindən bütün yanacaq və sürtkü yağı həcmlərinin (müvafiq qaydada 800 ton və 22m3) dağılmasını ehtiva edən ən pis ssenarinin modelləşdirilməsi əsasında neftin dağılması riskinin kəmiyyət qiymətləndirməsi aparılıb və bu, aşağıda ətraflı qeyd edilib. Əslində bunun baş verəcəyi ehtimal edilmir, çünki yanacaq, bir qayda olaraq, dibində qoşa örtük olan və klapanlar ilə birləşdirilən bir neçə kiçik çəndə saxlanılır və bütün çənlərin kipliyinin eyni zamanda pozulacağı ehtimal olunmur. Bundan əlavə, tədqiqat gəmisinin korpusu ikiqatdır.
Dostları ilə paylaş: |