D230 saylı Blok üzrə Seysmik Tədqiqat


Sahil xəttinin neftlə çirklənməsi ehtimalı (>1%)



Yüklə 4,7 Mb.
səhifə16/21
tarix10.01.2022
ölçüsü4,7 Mb.
#107890
1   ...   13   14   15   16   17   18   19   20   21
Sahil xəttinin neftlə çirklənməsi ehtimalı (>1%)

Sahil xəttinin neftlə çirklənməsi ehtimalı (> 1%), sahil xəttində neft kütləsi 0.169 ton/km-dən yüksək olduqda (ITOPT “Neftlə Yüngül Çirklənmə” diapazonunun minimum dəyəri 14).



Şəkil 7.9: Ən pis ssenari (Ssenari 3 – Yay) üzrə sahil xəttinin neftlə çirklənməsinin kəskinlik dərəcəsi

Sahil xəttinin neftlə çirklənməsinin kəskinlik dərəcəsi (ITOPF təsnifatı)

Sahil xəttinin neftlə çirklənməsinin kəskinlik dərəcəsi (ITOPF təsnifatı), İTOPF “Neftlə Yüngül Çirklənmə” həddindən (0.169 ton/km) yüksək olduqda. Nəticələr sahil xəttindəki dizel ehtimalının >1% olduğu yerləri göstərir.


İri həcmli karbohidrogen dağılmasının dəniz və sahilyanı reseptorlara təsirlərinin nəzərdən keçirilməsi

Karbohidrogenlər suya və çöküntünün keyfiyyətinə, dağılma ərazisi ilə əlaqədə ola bilən dəniz və sahil flora və faunasına, o cümlədən plankton, bentik onurğasız heyvanlar, balıqlar, dəniz quşları və dəniz məməlilərinə zərərli təsirlərə səbəb olmaq potensialına malikdir. Dağılmanın miqyasından və onun balıqçılıq sahələrinə yaxınlığından asılı olaraq, qida zənciri vasitəsilə balıqçılıq təsərrüfatlarına təsir və insan sağlamlığına dolayı təsir də mümkündür. Dəniz və sahilyanı reseptorların, o cümlədən balıqçılıq təsərrüfatlarının karbohidrogen dağılmalarına qarşı həssaslığına dair xülasə Cədvəl 7.4-də verilir.

Bu reseptorlara potensial təsirlərin qiymətləndirilməsi aşağıdakı təqdim olunur. Qiymətləndirmə prosesi dizel dağılmasının modelləşdirilməsinin nəticələrinə, karbohidrogen dağılmalarına qarşı xüsusi həssaslığa (yuxarıda qeyd edilmiş) və 5-ci fəsildə qeyd edilmiş mövcud ilkin ekoloji və sosial-iqtisadi vəziyyətə əsaslanır.


Plankton

Neft dağılmasının modelləşdirilməsi göstərir ki, suda dizel konsentrasiyalarının 58 ppm həddindən yuxarı olduğu bütün dağılma sahələri dağılma nöqtəsi ilə məhdudlaşır və onların 1-2 gündən artıq dayanıqlı olacağı gözlənilmir. Buna görə, (balıq sürfələri istisna olmaqla) planktonun karbohidrogenlərin toksik təsir səviyyələrinə məruz qalmasının qısa müddətli və lokal miqyaslı olacağı gözlənilir.

Planktonların artımının pik dövrü ərzində (yaz və payız) dizelin təsirinə məruz qalan biokütlə artacaq və bu da onların artım səviyyələrinin azalması və tələfatı ilə nəticələnəcək. Lakin, bunun uzun müddət ərzində ümumi artım səviyyəsi ilə müqayisədə əhəmiyyətli dərəcədə olacağı gözlənilmir. Bundan əlavə, qeyd etmək lazımdır ki, D230 saylı Blok üzrə Seysmik Tədqiqatı yaz dövründə həyata keçirmək planlaşdırılmır. Zooplankton da karbohidrogen dağılması nəticəsində tələfata məruz qala bilər, lakin onların erkən həyat mərhələlərindəki fərdlərinin çox sayda olması və qısa reproduktiv dövrlərə malik olması dağılmanın təsirinə məruz qalmış regiondan kənarda yerləşən sahələrdən onların gələrək bərpa olunmasına imkan yaradacaq. Beləliklə, nisbətən qısa müddətdən sonra plankton konsentrasiyalarının ilkin səviyyələrə qayıdacağı gözlənilir. Nəticədə, plankton icmalarına ümumi təsir əhəmiyyətli hesab edilmir.


Bentik onurğasızlar

5-ci fəsilin 5.3.5-ci bölməsində təfərrüatı ilə göstərildiyi kimi, Tədqiqat Sahəsində mövcud olacağı ehtimal edilən bentik birlikdə hər hansı konservasiya əhəmiyyətli növlərin olacağı gözlənilmir. Buna baxmayaraq, bentik birliklər yerli ekosistemin (xüsusən də nərə kimi balıqlar da daxil olmaqla digər növlər üçün qida mənbəyi kimi) mühüm funksiyalarının dəstəklənməsində əhəmiyyətli rol oynayır. Mühüm qida mənbəyi olan bir sıra taksonlar (məsələn yanüzən xərçəngkimilər) mövcuddur ki, onların karbohidrogenlərə qarşı həssas olduğu məlumdur.

Dizelin dəniz dibinə batacağı ehtimal edilmir, lakin o, sahilyanı ərazilərdə sahilə çıxa bilər. Dizel dağılmasının modelləşdirilməsi göstərir ki, dalğa və küləyin təsiri ilə yaranan suyun hərəkəti nəticəsində bentik birliklərin və çöküntülərin dizelin təsirinə məruz qalması mümkündür. Potensial təsirlərə aşağıdakılar daxil ola bilər: (i) xərçəngkimilər, yanüzənlər və ikitaylılar kimi həssas növlərdə sürətli tələfat; (ii) növlərin populyasiyasının və bolluğunun azaldığı müddət; (iii) təsadüfi növlərin bolluğu artmaqla, birliyin quruluşunun dəyişdiyi müddət. Qeyd olunmalıdır ki, dayaz sularda yerləşən ikitaylılar və xərçəngkimilər dizeldə yüngül aromatik birləşmələrin toksikliyinə qarşı xüsusilə həssasdır.

Sahilə çıxan dizelin maksimum proqnozlaşdırılmış miqdarı ən pis ssenaridə (yay) 486 ton təşkil edir. Bentos üçün bərpa vaxtı ətraf mühitin şərtlərindən və təsirə məruz qalmış növlərdən asılı olaraq dəyişir. Nisbətən daha yüngül növ karbohidrogenlərə (məsələn dizel kimi) gəldikdə isə, üstünlük təşkil edən açıq qumlu/lilli sahilyanı/dayazsulu ərazilərdəki bentik təbii mühitlərin bərpasının təxminən bir neçə aydan bir ilə qədər vaxt tələb edəcəyi ehtimal olunur.

Neftin sahilə çıxmasının az ehtimal edildiyini, sahilə çıxan dizelin təsirinə məruz qalmış sahilyanı zonanın məhdud ərazidə olacağını və bərpa templərinin orta müddətli olacağını nəzərə alaraq, az həssaslığa malik bentik onurğasızlara ümumi təsirin az olacağı gözlənilir.



Cədvəl 7.4: Dəniz və sahilyanı reseptorların karbohidrogen dağılmalarına qarşı həssaslığı 15,16,17,18


Yüklə 4,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin