D230 saylı Blok üzrə Seysmik Tədqiqat


Cədvəl 7.5: Mühafizə edilən və xüsusi təyinatlı sahələr üzrə sahil xəttinin neftlə çirklənməsi ehtimalları



Yüklə 4,7 Mb.
səhifə18/21
tarix10.01.2022
ölçüsü4,7 Mb.
#107890
1   ...   13   14   15   16   17   18   19   20   21
Cədvəl 7.5: Mühafizə edilən və xüsusi təyinatlı sahələr üzrə sahil xəttinin neftlə çirklənməsi ehtimalları

Xüsusi təyinatlı / Mühafizə edilən sahələr1

Mühüm Ornitoloji Sahə

Təyinatı

Ölkə

Sahil xəttinin neftlə çirklənməsi ehtimalı (%)

Abşeron Milli Parkı



Milli Park

IUCN Kateqoriyası II



Azərbaycan

4

Abşeron arxipelaqı (şimal) və Pirallahı buxtası




MOS/ƏBS

Azərbaycan

5

Şirvan Milli Parkı



Milli Park

IUCN Kateqoriyası II



Azərbaycan

2

Kür deltası



MOS/ƏBS

Azərbaycan

3

Bəndovan



State Nature Sanctuary

IUCN Category IV



Azərbaycan

2

Qızılağac



MOS/ƏBS

Azərbaycan

2

Qızılağac Dövlət Təbiət Qoruğu



Dövlət Təbiət Yasaqlığı

Azərbaycan

3

Şahdili burnu



MOS/ƏBS

Azərbaycan

4

Şorgəl gölləri / Şirvan qoruğu



MOS/ƏBS

Azərbaycan

2

Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı



Dövlət Təbiət Yasaqlığı

Azərbaycan

2

Yaşma adası



MOS/ƏBS

Azərbaycan

2

Dəvəçi Limanı (Ağzıbirçala gölü)



MOS/ƏBS

Azərbaycan

2
















Çeçen adası və Aqraxan yarımadasının şərq tərəfi



MOS/ƏBS

Rusiya Federasiyası

1

Sulakskaya laqunu



MOS/ƏBS

Rusiya Federasiyası

1

Agraxanski Zakaznik



Təbii yaşayış mühiti/ Növlərin idarə edilməsi sahəsi

IUCN Kateqoriyası IV



Rusiya Federasiyası

1

Lisar Mühafizə Olunan Sahə



MOS/ƏBS

İran İslam Respublikası

1

Cənubi Xəzər sahili, Astara ərazisindən Qomişan ərazisinədək



MOS/ƏBS

İran İslam Respublikası

1

Modelləşdirmənin proqnozlaşdırdığı sahil xəttinin neftlə çirklənməsi ehtimalları çox aşağıdır (1-5%). Müxtəlif təbii yaşayış mühitlərinin neft dağılmasından bərpası prosesi fərqlidir, lakin dizel kimi yüngül növ neft məhsulları üçün təxminən bir neçə aydan bir ilə qədər vaxt tələb edəcəyi ehtimal olunur. Müxtəlif təbii mühitlərin neft dağılmalarından bərpası dəyişir, lakin dizel kimi yüngül növ karbohidrogenlərdə üstünlük təşkil edən açıq sahil təbii mühitlərinin bərpasının bir neçə aydan bir ilə qədər davam edəcəyi ehtimal olunur. Bu orta səviyyəli bərpanı və aşağı ehtimalı əsas götürərək və bu sahələrin beynəlxalq mühafizə statusunu və ekoloji əhəmiyyətini nəzərə alaraq, potensial təsirlərin əhəmiyyətli olacağı güman edilir. MOS-ların təsirləri aşağıdakı bölmədə əlavə müzakirə edilmişdir.
Quşlar və mühüm ornitoloji və biomüxtəliflik sahələri

Xəzər regionunda çox saylı endemik və qorunan növlər mövcud olmaqla, yüksək müxtəlifliyə malik quş növləri dəstəklənir. Mərkəzi Xəzər hövzəsinin qərbi sahilyanı zonası həm beynəlxalq, həm də yerli miqyasda xeyli sayda köçəri və qışlayan quşların istifadə etdiyi ornitoloji əhəmiyyətə malik ərazidir ki, bu da bir sıra mühüm ornitoloji və biomüxtəliflik zonalarının təyinatında öz əksini tapır (baxın: Fəsil 5, Bölmə 5.3.9).

Növlərin mövcudluğu miqrasiya və qışlama dövrlərində əhəmiyyətli dərəcədə dəyişir. Dənizdə və Mərkəzi Xəzər hövzəsinin sahil xətti boyunca neft dağılmasının potensial təsir dairəsinə düşən sahələr kimi müəyyənləşdirilmiş bir sıra MOS-lər daxilində çox sayda qışlayan və miqrasiya edən qışlar mövcud olacaq (Cədvəl 7.5).

Bununla belə, yüksək həssaslığa malik müəyyən əsas dövrlər və ərazilər mövcuddur. Ördəklər və qaşqaldaqlar dekabr ayından fevral ayına qədər qışlayırlar və miqrasiya edən növlərin mövcudluğu mart və noyabr aylarında yüksək həddə çatır. MOS-lar bu quş qrupları (xüsusən də yuvalayan və çoxalan quşlar) üçün mühüm ərazilərdir. Quşların yuvalama mövsümü aprelin sonunda/mayın əvvəlində başlayır və iyulun ortalarınadək davam edir. Mərkəzi Xəzər hövzəsində quşların dənizdə paylanması və zənginliyi ilə bağlı məlumatlar məhduddur, lakin gözlənilir ki, burada qidalanmaq üçün suya baş vuran bir sıra quşlar və vaxtın çox hissəsini il ərzində dəniz səthində keçirən növlər (məsələn sterna) mövcud olacaqdır.

Dizelin qəza ilə dağılması dənizdəki və sahilə yaxın/ sahilyanı ərazilərdə quşlara təsir göstərə bilər. Quşlara tipik təsirlər toksik təsirlər, tələfat, habelə reproduktivliyin azalması kimi hallardan ibarətdir. Baxmayaraq ki, modelləşdirmə səthin neftlə çirklənməsi və neftin sahil xəttinə çıxması nəticəsində bəzi MOS-lərin və ƏBS-lərin yüksək karbohidrogen konsentrasiyalarının təsirinə məruz qala biləcəyini göstərir, dənizin dayanıqlı çirklənməsi 1-2 günlə məhdudlaşır. Lakin, qeyd etmək lazımdır ki, sahil xəttinə çıxdıqda, dizel asta sürətlə bioloji cəhətdən parçalanır və onun bir neçə aydan çox dayanıqlı qalacağı proqnozlaşdırılır. Ona görə də, yuxarıda qeyd edilmiş səbəblərdən dizelin mühüm ornitoloji sahələrə və əsas biomüxtəliflik zonalarına çatması ehtimalının aşağı olmasına baxmayaraq, belə hesab edilir ki, dizel atqısının mühüm ornitoloji və bio-müxtəliflik zonalarına potensial təsiri əhəmiyyətli ola bilər, çünki dağılma hadisəsi regionda yuvalayan quşlar üçün ilin ən həssas dövrünə təsadüf edəcəkdir.


Digər dəniz və sahilyanı ərazilərin istifadəçiləri

Balıqçılıq təsərrüfatları və sahilyanı turizm kimi sosial-iqtisadi reseptorlar qəza nəticəsində baş verən dağılma riskinin təsirinə məruz qala bilər. Sahilyanı sahələrə və ya vətəgə sahələrinə çatan iri həcmli yanacaq dağılması halı (800 ton) ilə bağlı ehtimallar 5%-dən aşağıdır. Dəniz mühitinə dağıldıqda, gəmi dizel yanacağının nisbətən sürətlə aşınacağı gözlənilir. Dizelin su səthinə modelləşdirilmiş maksimum təsiri 1-2 gün ilə məhdudlaşır və 58ppb-dən yüksək konsentrasiyada dizelin təsirinə məruz qalan su sütununun təsirə məruz qalma müddətinin iki gündən artıq olmayacağı gözlənilir. Sahilə çatdıqda dizel bioloji cəhətdən parçalanır və buxarlanır, lakin buna baxmayaraq, hətta bir neçə Aydan sonra da əhəmiyyətli miqdarlarda emulsiyalaşmış dizelin (dağılmış həcmin 20%-i) qaldığı görünüb (əsasən Abşeron yarımadasının şimal sahil xətti boyunca).

Baxmayaraq ki, iri həcmli dizel dağılmasının dəniz və sahilyanı reseptorlara əhəmiyyətli təsiri azdır, fəsadları, o cümlədən ictimaiyyətdə mənfi rəyin formalaşması və KİV-lərin bu məsələyə diqqəti nüfuza xələl gətirə bilər. Dağılma sahəsinin təsir zonası daxilində (Şəkil 7.10) yerləşən turizm obyektlərinin/biznes subyektlərinin təsirə məruz qalması potensialı var (xüsusən də turizm fəaliyyətlərinin pik səviyyədə olduğu yay dövründə). Baxmayaraq ki, dənizdə neft 1-2 gün ərzində dispersiya olacaq (yayılacaq), o, təsirə məruz qalmış istirahət çimərlikləri boyunca aylarla sahildə qala bilər (əsasən Abşeron yarımadasının şimal sahili boyunca), buna görə də, potensial olaraq təsir sahəsindəki istirahət obyektlərinə/biznes subyektlərinə əhəmiyyətli təsirə malik ola bilər.



Balıqçılıq təsərrüfatları da ən pis ssenari üzrə yanacaq dağılmasının təsirlərinə məruz qala bilər. Kiçik miqyaslı balıq ovu fəaliyyətləri əsasən Azərbaycanın sahil xəttindən 3 dəniz mili məsafəsi daxilində cəmləşib (baxın: Şəkil 7.10). Sənaye balıq ovu Azərbaycandan cənuba doğru balıq sənaye rayonlarında cəmləşmişdir. Balıq ovunun il boyu həyata keçirildiyinə baxmayaraq, kiçik miqyaslı balıq ovunun baş verdiyi pik balıqçılıq mövsümü sentyabr və may ayları arasında baş verdiyi halda sənaye balıq ovunun yüksək tələbat mövsümünün mart ayından aprel ayına və sentyabr ayından noyabr ayına kimi davam edəcəyi başa düşülür.

Cədvəl 7.4-də karbohidrogen dağılmalarının balıq ehtiyatlarına bir neçə yolla necə təsir etmək potensialının olması haqqında məlumat verilir. Balıq sürfələrinin və körpə balıqların su sütununda karbohidrogenlərin nisbətən aşağı konsentrasiyalarına qarşı həssaslığına baxmayaraq, yetişkin sərbəst üzən balıqların və vətəgə əhəmiyyətli növlərin böyük dəstələrinin karbohidrogenlə çirklənmiş sahələri aşkar edəcəyi və həmin sahələrdən uzaqlaşacağı ehtimal edilir. Dağılmadan sonra, təsirə məruz qalmamış balıqların çoxalma fəaliyyəti, eləcə də təsirə məruz qalmamış ərazilərdən sürfələrin axını ehtiyat sayının bərpa edilməsinə gətirib çıxarmalıdır. Nəzərə alaraq ki, bir çox dəniz növləri külli-miqdarda sürfə hasil edir və bunlar da dəniz axınları vasitəsilə geniş ərazilərə paylanır, bu onu ifadə edir ki, növlər hər hansı kiçik itki hadisəsindən sonra nisbətən sürətlə bərpa oluna bilərlər.

Bununla belə, balıqlar karbohidrogenlər ilə yoluxa və çirklənə bilər. Hər hansı karbohidrogen dağılması halında, balıqların neftdən rənglənməsi və ya çirklənməsinin hər hansı əlaməti olarsa, nəticədə səlahiyyətli orqanlar tərəfindən balıqçılıq fəaliyyətlərinə qoyulan hər hansı məhdudiyyətlər yerli balıq vətəgələrinə zərərli maliyyə təsiri ilə nəticələnə bilər. Eynilə, vaxtında məhdudiyyətlərin qoyulmaması və ya qanunsuz balıq ovu zamanı çirklənmiş məhsulla qidalanma insan sağlamlığı üçün risk yarada bilər. Ən pis dağılma variantı ssenarisi (800 ton) sahil boyu kiçik miqyaslı balıq ovu sahələrinə təsir göstərə bilər. Təsirin kiçik sayda balıqçılar ilə məhdudlaşacağının ehtimal edildiyinə baxmayaraq, balıq ovu balıqçıların əksəriyyətinin dolanışığı üçün başlıca gəlir mənbəyi olduğuna görə potensial əhəmiyyətə malik ola bilər. Sənaye balıq ovu da dağılmanın təsirinə məruz qala bilər. Baxmayaraq ki, dağılmış dizelin bu sənaye balıq ovu əhəmiyyətinə malik vətəgələrə çatması ehtimalı azdır (< 5%), balıqlara və dolayısı ilə insan sağlamlığına toksik təsirlərin olması (və bunun da balıqçılıq fəaliyyətinin müvəqqəti qadağan edilməsinə və nəticədə sənaye balıqçılığına təsir göstərməsinə gətirib çıxarması) potensialının əhəmiyyətli dərəcədə olduğu hesab edilir.

İri həcmli dağılmaların təsirlərinə dair xülasə


Seysmik tədqiqat gəmisindən bütün dizel ehtiyatının (800 ton) dağılması modelləşdirilmişdir və nəticədə ekoloji və sosial-iqtisadi reseptorlara olan təsirlər qiymətləndirilmişdir. Yuxarıda qeyd edildiyi kimi, ümumilikdə dizelin ətraf mühitdə, su sütununda zərərli konsentrasiyalarda və ya dəniz səthində qalın təbəqə ilə qalmasının dağılmadan sonra bir neçə gündən artıq olmayacağı gözlənilir. Bundan əlavə, dağılma sahəsindən sahil xəttinə hər hansı dizelin çatması ehtimalının aşağı olduğu proqnozlaşdırılır, bu, adətən hər bir mövsümü əks etdirən meteoroloji şərtlərdə çoxsaylı dəyişənlərdən istifadə etməklə modelləşdirilmiş ssenarilərin <5%-də baş verir. Ən pis ssenaridəki şərtlərdə, 486 ton dizelin sahil xəttinə çatması proqnozlaşdırılıb.

800 ton həcmində dağılmış dizelin planktona, bentik onurğasızlara və balıqlara potensial təsirlərinin əhəmiyyətli olmayacağı hesab edilir. Seysmik tədqiqat işlərinin qrafiki elə planlaşdırılıb ki, Xəzər suitiləri (İUCN-nin təsnifatı üzrə nəsli kəsilmə təhlükəsiz olan növlər) üçün həssas olan yaz miqrasiya dövrünün əksər hissəsinə təsadüf etməyəcək. Lakin, hətta açıq dəniz sularında və Abşeron yarımadasının və yaxınlıqdakı adaların yaxınlığında (yay və payız dövründə suitilərin mövcud olduğu ərazilər) dizelin toksik təsirlərinə kiçik – orta miqyaslı məruz qalma halı potensial olaraq əhəmiyyətli təsirlə nəticələnə bilər.

Dağılmanın modelləşdirilməsi göstərdi ki, tədqiqat gəmilərinin sahilə ən yaxın yerlərdə fəaliyyət göstərə biləcəyi ərazidə dağılma baş verərsə, sahilə çıxan dizelin təsirinə məruz qala biləcək bir sıra mühafizə və ekoloji əhəmiyyətli sahələr mövcuddur, lakin buna baxmayaraq, bu cür halın baş verməsi ehtimalı azdır (5%-dən az). Bu sahələr əsasən Azərbaycanın sahil xətti boyunca və az sayda da Rusiya və İranın sahil xətti boyunca yerləşir (baxın: Cədvəl 7.5). Dizelin dağılması nəticəsində təsirə məruz qala biləcək təbii yaşayış mühitləri üçün gözlənilən proqnozlaşdırılmış orta müddətli bərpa dövrünə (bir neçə aydan bir ilədək) əsasən və bu sahələrin beynəlxalq konservasiya statusunu və ekoloji əhəmiyyətini nəzərə alaraq, dağılmanın potensial təsirlərinin əhəmiyyətli ola biləcəyi hesab edilir.

Modelləşdirmə dağılmadan sonra səthdəki və ya yayılmış / həll olmuş dizelin sahilə çatmasının nəticəsində bir sıra mühüm ornitoloji sahələrin, əsas biomüxtəliflik sahələrinin və əlaqədar quş növlərinin yüksələn karbohidrogen konsentrasiyalarının təsirinə məruz qala biləcəyini göstərir. Lakin, istənilən çirklənmənin miqyasının və davamlılığının sahə və vaxt cəhətdən məhdud olacağı ehtimal edilir. Bununla belə, hesab edilir ki, mühüm ornitoloji və biomüxtəliflik sahələrinə (və orada mövcud olan quşlara) potensial təsiri əhəmiyyətli ola bilər, xüsusən də dağılma hadisəsi tədqiqat dövrünün əvvəlində baş verərsə, belə ki, bu vaxt regionda yuvalayan quşlar üçün ilin ən həssas dövrünə təsadüf edir.



Ən pis ssenari üzrə iri həcmli yanacaq dağılması sahil boyunca kiçik miqyaslı balıqçılıq sahələrinə və sənaye balıq ovuna təsir göstərə bilər. Baxmayaraq ki, bu təsirin vaxt baxımından məhdud olacağı gözlənilir, balıqçılıq fəaliyyətinə qadağa qoyularsa (balıqlara dizelin toksik təsiri səbəbindən) təsir potensial olaraq əhəmiyyətli ola bilər, çünki balıq ovu əksər balıqçılar üçün ailənin əsas gəlir mənbəyidir.


Yüklə 4,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin