D230 saylı Blok üzrə Seysmik Tədqiqat



Yüklə 4,7 Mb.
səhifə21/21
tarix10.01.2022
ölçüsü4,7 Mb.
#107890
1   ...   13   14   15   16   17   18   19   20   21
Səviyyə 3

3-cü səviyyəli dağılmalar çox böyük, davam etməkdə olan dağılmalardır, bu dağılmalar üçün dağılma mənşəyinin olan ölkədən kənardan əlavə resurslar tələb olunacaq. Belə dağılmalar çox nadirdir və yalnız quyuda partlayış və ya böyük diametrli borunun partlaması kimi hadisələr vasitəsilə baş verə bilər. Dağılmalar üzrə bütün mövcud podratçılar (Azərbaycan daxilindən və kənardan) BP Şirkətinin Hadisələrin İdarə edilməsi Heyəti və Biznesə Dəstək Heyətinin hərtərəfli dəstəyi ilə fiziki cavab tədbirlərini həyata keçirəcək.
Hesabatların verilməsi

AGT üzrə dağılmalar haqqında məlumat vermə prosedurlarına əsasən, AYDH 3Ö Seysmik Tədqiqat ərzində bütün təsadüfi və icazəsiz atqılar (maye, qaz və ya bərk maddələr), o cümlədən təsdiq edilmiş həddi və ya müəyyən edilmiş şərtləri keçən atqılar haqqında daxildə məlumat veriləcək və bu hadisələr araşdırılacaq. ETSN ilə razılaşdırılmış, D230 saylı Blok üzrə Seysmik Tədqiqat ərzində qəbul ediləcək mövcud xarici bildiriş tələbləri aşağıdakılardır:

  • Ətraf mühitə həcmi 50L-dən artıq olan maye atqıları üçün ETSN-ə hadisə baş verdikdən sonra 24 saat ərzində şifahi, 72 saat ərzində isə yazılı məlumat veriləcək; və

  • Ətraf mühitə atqı 50L-dən azdırsa, atqı haqqında informasiya BP-nin AGT Regionu üzrə Planlaşdırılmamış Atqılar haqqında Hesabatına daxil ediləcək və hər ay ETSN-ə göndəriləcək.

2012-ci ilin dekabr ayında BP və ETSN arasında imzalanmış “Planlaşdırılmamış Material Atqılarının Tənzimlənməsi üçün Əməkdaşlığın Əsas Prinsiplərinin Razılaşdırılması haqqında” Protokolda təsdiq edilmiş atqı “qüvvədə olan HPBS tərəfindən icazə verilən, ETSN tərəfindən icazə verilən və / və ya ƏMSSTQ, ƏMTS, Texniki Qeyd, Texniki Məktub, ETSN-ə ayrıca atqı tələbi məktubları və ya ETSN ilə hər hansı digər yazılı razılaşmada yol verilən atqı” kimi müəyyən edilir. Təsdiq edilməmiş atqılar bu tərifə daxil olmayan atqılardır.

1 BP ilə yazışmalar, 2016-cı il

2 GDY gəmi qazoyl yanacağı ilə müqayisədə ümumilikdə daha yüksək sıxlığa malik olan, yüngül və ağır karbohidrogenlərin qarışığıdır. Bütün dünyada gəmi dizelinin tərkibində kükürd miqdarı təxminən 0.3 və 2.0 m/m % arasında olur. Aİ-nin yeni qanunvericiliyi (1999/32/EC saylı Direktivə düzəliş edən 2005/33/EC saylı Direktiv) ilə bağlı olaraq, 11 avqust 2016-cı ildən etibarən tərkibində kükürd miqdarı 1.5 m/m %-dən yüksək olan gəmi dizel yanacağının Aİ daxilində satışı qadağandır.

3 Oil and Gas UK. http://www.oilandgasuk.co.uk/ Linkə 2016-cı ilin oktyabr ayında daxil olunub.

4 Beynəlxalq Neft-Qaz İstehsalçıları Assosiasiyası (OGP), 2010. Su Nəqliyyatında Qəzaların Statistikası, Risklərin qiymətləndirilməsi üzrə Məlumat bazası, Hesabat N. 434 – 10.

5 Çirklənmənin Qarşısının Alınması üzrə Tanker Sahiblərinin Beynəlxalq Federasiyasının (ITOPF) Təlimat Kitabçası, 2014/15.

6 Hərəkət edən obyektlərin hərəkətsiz obyektlə toqquşması

7 Okean və Atmosfer üzrə Milli Administrasiyanın (NOAA) Cavab Tədbirləri və Bərpa İdarəsi. http://response.restoration.noaa.gov (Noyabr 2015-ci ildə istifadə edilib).


8 Çirklənmənin Qarşısının Alınması üzrə Tanker Sahiblərinin Beynəlxalq Federasiyası (ITOPF, 2011). Sahil xətlərində neftin müəyyənləşdirilməsi: Texniki Məlumat Sənədi (TIP) 6. BK. Səh.12

9 Təbii yaşayış mühitlərinin idarə olunması sahəsi və Növlərin idarə olunması sahəsi — IUCN Kateqoriya IV.

10 Johnsen H, Nordtug T & Nilsen H. (2005). Qəza nəticəsində baş verən atqılar üçün ekoloji riskin idarə olunmasında tətbiq olunan su sütunu üçün PTK (proqnozlaşdırılan təsirsiz konsentrasiya) qiymətlərinin hesablanması. Statoil rapport C.FOU.DE.B02. Kəskin atqıların risk qiymətləndirməsi üçün istifadə olunmalı su sütunundakı neft komponentləri üçün hədd qiymətləri və riskə məruz qalma funksiyaları

11 DNV. (2008). Norveç Neft Sənayesi Assosiasiyası. Kəskin neft çirklənməsinin təsirlərinin risk qiymətləndirməsi üçün təlimatlar. Hesabat No 2007- 2075

12 ÖK50 – verilmiş vaxt müddəti ərzində təsirə məruz qalan növlərin 50:%-i üçün ölümcül təsirlə nəticələnən su sütununda dizel konsentrasiyası (həll olmuş və dispersiya olmuş).

13 Lewis, A. (2007). BAOAC (Neftin Görünüşünə dair Kod Sistemi haqqında Bonn Sazişi) sisteminin cari statusu: Niderlandın Şimal Dənizi Agentliyi (Directie Noordzee) üçün hesabat.

14 Stoxastik simulyasiyalarda sahil xətti emulsiya kütləsi üçün minimum hədd (0.169 ton/km) istifadə edilib. Bu qiymətlər İTOPF tərəfindən istifadə olunan “Neftlə Yüngül Çirklənmə” həddinin aşağı limitidir.

15 Okean və Atmosfer üzrə Milli Administrasiyanın (NOAA) Cavab Tədbirləri və Bərpa İdarəsi

(http://response.restoration.noaa.gov).



16 Beynəlxalq Neft-Qaz Sənayesi üzrə Ətraf Mühitin Mühafizəsi Assosiasiyası (IPIECA), 1997. Neft Çirklənməsinin Bioloji Təsirləri üzrə İstiqamətlər. Cild 8: Neft Çirklənməsinin Bioloji Təsirləri: Balıqçılıq təsərrüfatları. Beynəlxalq.

17 Neft Çirklənməsinin Dəniz mühitinə Təsirləri, 2011. Texniki məlumatlar sənədi 13. Dənizin Çirklənməsi Zamanı Tanker Sahiblərinin Məsuliyyətlərinin Məhdudlaşdırılması üzrə Beynəlxalq Federasiya (ITOPF).

18 İrlandiya Rabitə Departamenti, Enerji və Təbii Sərvətlər, Neft İşləri Bölməsi, 2011. Dənizdə Neft Kəşfiyyatı və Qiymətləndirilməsi Əməliyyatları üzrə Qaydalar və Prosedurlar.

19 Bu sənədin tərtib edildiyi zaman Pirallahı adasının artıq əsas balıqçılıq sahəsi olmadığı başa düşülür.

Dekabr 2018-ci il

Yekun variant



Yüklə 4,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin