D230 saylı Blok üzrə Seysmik Tədqiqat



Yüklə 4,7 Mb.
səhifə6/21
tarix10.01.2022
ölçüsü4,7 Mb.
#107890
1   2   3   4   5   6   7   8   9   ...   21

Dəniz faunası


Bir seysmik tədqiqat ilə bağlı canlı orqanizmlərin ayrı-ayrı stress amillərinin yaxud bir qrup stress amilinin təsirinə məruz qalması ayrıca götürüldükdə cüzi yaxud əhəmiyyətsiz dərəcədə ola bilər. Lakin, onlar digər seysmik işlərə əlavə olduqda yaxud digər stress amilləri ilə birlikdə sinerjili şəkildə fəaliyyət göstərdikdə əhəmiyyətli mənfi nəticələrə malik ola bilər. Bundan əlavə, bir çox digər hallar ilə yanaşı xəstəlik, qidalanma rejimi ilə bağlı stress, yaş və reproduktiv vəziyyət “toplana” bilər və sonradan seysmik fəaliyyətlərin təsirinə məruz qaldıqda, bütün bunlar orqanizmə yaxud populyasiyaya kumulyativ təsirlərlə nəticələnə bilər.

Sualtı səs seysmik məlumatların yığılması ilə bağlı əsas stress amilidir və maksimum 6 aylıq Layihə müddəti ərzində mövcud olacaq. Cədvəl 7.1-də göstərildiyi kimi, 2015-2020-ci illəri əhatə edən dövr ərzində Mərkəzi Xəzər hövzəsində planlaşdırılan yaxud həyata keçirilən digər tədqiqatların müddəti ümumilikdə 20 ay təşkil edir. D230 saylı Blok üzrə Seysmik Tədqiqat işlərinin müvəqqəti olaraq eyni vaxta təsadüf edə biləcəyi potensial tədqiqatlar AÇG üzrə 3Ö tədqiqat və AÇG dənizdibi seysmik tədqiqat ilə məhdudlaşır, lakin buna baxmayaraq, müvafiq kontrakt sahələri arasındakı məsafələri nəzərə alsaq təsir zonalarının (təsirlərin baş verə biləcəyi sahə) üst-üstə düşəcəyi ehtimal edilmir. Baxmayaraq ki, digər seysmik tədqiqatlarla bağlı səs səviyyələri həm məkan, həm də zaman baxımından fərqlənəcək, dəniz faunasına olan səs nəticəsində kumulyativ təsirlərin yaranması mümkündür, xüsusən də Xəzər suitisi və bəzi balıq növləri kimi orta dərəcədən yüksək dərəcəyədək həssaslığa malik növlərə təsir göstərə bilər.

2015-2020-ci illəri əhatə edən dövr ərzində 26 aylıq kumulyativ seysmik tədqiqat işlərinin olduğunu ehtimal etsək, Mərkəzi Xəzər hövzəsində dəniz mühiti qiymətləndirmə müddətinin təxminən 43%-i ərzində müxtəlif seysmik fəaliyyətlərin təsirinə məruz qalacaq. Bu təsirlər ümumilikdə xarakter etibarilə müvəqqəti olacaq və intensivliyinə görə lokal xarakter daşıyacaq (dəniz faunasına təsir hədlərindən yuxarı olan səs səviyyələri adətən enerji mənbələrinin ətrafındakı bir neçə kilometrlə məhdudlaşır), suitilərin və balıqların (balıq sürfələri istisna olmaqla) uzaqlaşacağı və səsin təsiri olan sahələrdən qaçacağı gözlənilir. Gözlənilən kumulyativ təsirlərin məkan və zaman üzrə paylanmasını nəzərə alsaq, onların ayrı-ayrı tədqiqatların təsirlərindən daha çox olacağı ehtimal edilmir. D230 saylı Blok üzrə Seysmik Tədqiqat suitilərin yaz miqrasiyası üçün ən həssas olan dövrdə həyata keçirilməyəcək və beləliklə də, bu müddətdə mümkün kumulyativ təsirlərin baş verməsi ehtimalı aradan qalxmış olacaq. Yaz və qış dövründə sualtı səsin dəniz faunasına qalıq təsirlərinin nəzərdə tutulan tədqiqat üçün az olacağı yaxud əhəmiyyətli olmayacağı qiymətləndirilib, buna görə də, digər məlum tədqiqatlarla hər hansı birgə təsirlərin əhəmiyyətli olacağı ehtimal edilmir. Lakin, payız miqrasiyası dövründə suitilərə D230 saylı Blok üzrə Seysmik Tədqiqatın orta dərəcədə əhəmiyyətli qalıq təsirini nəzərə alaraq, tövsiyə olunur ki, Mərkəzi Xəzər sahəsi üçün planlaşdırılan digər seymik tədqiqatların vaxtı elə planlaşdırılsın ki, oktyabr və noyabr aylarına təsadüf etməsin.

Hərəkətsiz balıq sürfələri seysmik səsin təsirinə daha həssasdır. Dəlillər göstərir ki, seysmik tədqiqatlardakı səs nəticəsində baş verən xəsarət və tələfat halları ilə bağlı balıq kürülərinin/sürfələrinin itkisi səs mənbəyinin bilavasitə yaxınlığındakı ərazi ilə məhdudlaşır. Bu itkilər kürüləmə sahələrindəki ümumi say (böyük ərazilərə yayılan) ilə müqayisədə statistika baxımından əhəmiyyətli səviyyədə olmayacaq. Tədqiqat Sahəsi daxilində yalnız bir neçə balıq növünün (az dərəcədən orta dərəcəyədək həssaslığa malik) kürü tökəcəyi hesab edilir (baxın: Fəsil 5, Bölmə 5.3.7.4). Beləliklə, nəzərdə tutulan Layihənin digər seysmik tədqiqatlarla birlikdə qiymətləndirmə dövrü ərzində regional miqyasda balıqların artımına və populyasiyalarına əhəmiyyətli kumulyativ təsir göstərəcəyi ehtimal edilmir.



    1. Yüklə 4,7 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin