Qəza halları
Qəza halları müntəzəm fəaliyyətlərdən ayrıca nəzərdən keçirilir, çünki onlar texniki nasazlıq, insan xətası və ya digər növ fövqəladə hal nəticəsində meydana çıxır. Həmişə BP və seysmik tədqiqat podratçıları tərəfindən yüksək əməliyyat göstəriciləri təmin ediləcək və qabaqcıl sənaye təcrübələrinə riayət olunacaq. Lakin, bu xarakterdə olan əksər layihələrdə olduğu kimi, qəza hallarının baş verməsi ehtimalı az da olsa mövcuddur.
D230 saylı Blok üzrə Seysmik Tədqiqat ərzində potensial olaraq ətraf mühitə əhəmiyyətli təsirlərlə nəticələnə biləcək potensial qəza halları müəyyənləşdirilmişdir və onlara aşağıdakılar daxildir:
Gəmilərin digər dəniz istifadəçiləri və Xəzər suitiləri ilə toqquşması;
Layihə gəmilərindən kimyəvi maddələrin/tullantıların atılması;
Layihə gəmilərinin istifadə etdiyi gəmi dizel yanacağı (GDY2) və sürtkü yağı da daxil olmaqla karbohidrogenlərin dağılması hallar. Ən pis ssenaridə tədqiqat gəmisindən yanacaq ehtiyatının tam itkisi nəzərdə tutulur (maksimum 800 ton GDY və 22m3 sürtkü yağı).
Qeyd olunan hadisələrin baş vermə ehtimalı, nəticələr, təsirazaltma və nəzarət, hadisənin baş vermə ehtimalını minimuma endirmək üçün layihələndirilmiş təsirazaltma və cavab tədbirləri və təsirin miqyası aşağıdakı bölmələrdə təsvir edilmişdir.
Dostları ilə paylaş: |