D230 saylı Blok üzrə Seysmik Tədqiqat



Yüklə 1,35 Mb.
səhifə3/7
tarix10.01.2022
ölçüsü1,35 Mb.
#108584
1   2   3   4   5   6   7

Giriş


D230 saylı Blokda Seysmik Tədqiqat üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) barədə bu fəsildə Azərbaycanın ərazi sərhədlərini keçərək qonşu ölkələrin ərazisinə daxil ola bilən transsərhəd təsirlərin qiymətləndirilməsi təqdim olunur.

Ətraf Mühitin Qiymətləndirilməsinə dair Espoo Konvensiyasının1 şərtlərinə əsasən transsərhəd təsir aşağıdakı kimi müəyyənləşdirilir:



"tamamilə və qismən bir Tərəfin yurisdiksiyasına aid olan sahənin daxilində təklif olunmuş fiziki mənşəli fəaliyyətin digər Tərəfin yurisdiksiyasına aid olan ərazinin daxilində səbəb olduğu müstəsna olaraq qlobal miqyasda olmayan hər hansı təsir"

Espoo Konvensiyasının əsas məqsədi transsərhəd ekoloji deqradasiyaya qarşı profilaktik tədbir kimi ekoloji cəhətdən davamlı iqtisadi inkişafa şərait yaratmaqdır. Espoo Konvensiyasında tərəflərin erkən planlaşdırma mərhələlərində layihənin transsərhəd ekoloji təsirlərini qiymətləndirmək öhdəlikləri nəzərdə tutulur. Espoo Konvensiyasında ərazilərindəki layihənin əhəmiyyətli mənfi transsərhəd təsirə malik olacağının ehtimal edildiyi təqdirdə Mənşə Tərəflərinin Təsirə Məruz Qalan Tərəfləri məlumatlandırmaq və onlara məsləhət vermək öhdəliyi müəyyən edilir. Mənşə Tərəflər layihəni hazırlayan tərəfdən normal ƏMTQ tələblərindən əlavə ictimai məsləhətləşmə aparmağı da xahiş edə bilər.

Dünya Bankının / Beynəlxalq Maliyyə Korporasiyasının Normativ Göstərici (NG) 1 təlimatında bildirilir ki, risklərin və təsirlərin müəyyənləşdirilməsi prosesində “havanın çirklənməsi və ya beynəlxalq su hövzələrinin istifadəsi və ya çirklənməsi kimi potensial transsərhəd təsirlərin, həmçinin, istixana qazlarının emissiyası kimi qlobal təsirlərin” nəzərdən keçirilməsinə ehtiyac vardır.

Aşağıdakı bölmələrdə təklif olunmuş seysmik tədqiqat ilə əlaqədar planlaşdırılan və təsadüfi hadisələrin transsərhəd təsirləri üçün ehtimal nəzərdən keçirilir.



    1. Yüklə 1,35 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin