D230 saylı Blok üzrə Seysmik Tədqiqat


Layihə zamanı təsadüfi hadisələr



Yüklə 1,35 Mb.
səhifə6/7
tarix10.01.2022
ölçüsü1,35 Mb.
#108584
1   2   3   4   5   6   7

Layihə zamanı təsadüfi hadisələr


D230 Seysmik Tədqiqatı ərzində texniki nasazlığın, insan amilinin və ya digər növ fövqəladə vəziyyətlərin nəticəsində qəza hallarının baş verməsi və ekoloji və sosial-iqtisadi reseptorlar üçün risklər yaratması ehtimalı mövcuddur. 7-ci fəslin 7.3.3-cü bölümündə müzakirə edildiyi kimi daha geniş transsərhəd kontekstdə təsirlərə səbəb ola bilən təsadüfi hadisələrə iri miqdarda karbohidrogenlərin dəniz mühitinə axıdılması (tədqiqat gəmisində 800 ton tam yanacaq inventorunun itkisi) daxildir. Belə hadisənin baş vermə ehtimalı aşağıdır əlaqədar risklərin minimuma endirilməsini təmin etmək üçün ciddi idarəetmə tədbirləri görüləcəkdir (Bölmə 7.3.4, Fəsil 7).

Əsas dağılmanın təsirlərini proqnozlaşdırmaq üçün ehtimal olunan (stoxastik) dağılmanın modelləşdirilməsi aparılmış və müxtəlif meteoroloji şəraitlərdə beş axıntı ssenarisi üçün 100 modelləşdirmə daxil edilmişdir (Fəsil 7-də Şəkil 7.3-ə baxın). Bu transsərhəd təsirin qiymətləndirilməsi məqsədləri üçün sahilyanı zonanın neftlə ən böyük miqdarda çirklənməsinə (axıntı sahəsi NS3-Ssenari 3) və Azərbaycanda MİZ-dan kənarda suyun səthinin ən çox çirklənməsinə (axıntı sahəsi FS1 – Ssenari 5) səbəb olan ssenarilərinin nəticələri aşağıda müzakirə edilir.



Dağılmanın modelləşdirilməsi göstərir ki, neft ləkəsinin dağılmanın baş verməsindən sonra 1 – 26 gün arasında digər ölkələrin ərazi sularına çatacağı ehtimal olunmaqla, dağılan yanacağın Türkmənistanın beynəlxalq orta sərhəd xəttini keçməsi üçün ən yüksək ehtimal 6%-dir (Cədvəl 8.2). Payızda (və həmçinin, yazda) səthdəki neftin yay ilə müqayisədə daha uzaq məsafələrə hərəkət etdiyi göstərilmişdir və ehtimal səviyyəsinin <5% olduğuna baxmayaraq, Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan orta sərhəd xətləri boyu səthdə neftlə çirklənmənin daha böyük olacağı proqnozlaşdırılır. Bununla belə, Şəkil 8.3 və 8.4-də təsvir edildiyi kimi ərazi sularında neft ləkəsinin miqdarı məhduddur. Səthdə dizelin proqnozlaşdırılan qalınlığına əsasən digər ölkələrin ərazi sularında səthdəki dizel “ləkə” və ya “göy qurşağı” (Şəkil 8.3) kimi görünə bildiyi və bir gündən artıq (Şəkil 8.4) davam etməyəcəyi halda, axıntı sahəsinin birbaşa yaxınlığındakı zonada gözlə görünən “metal” görüntünün olacağı gözlənilir.


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin