Dağılmanın qarşısının alınması, Cavab tədbirləri,
|
Fəsil 6 Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndrilməsi, Təsirazaltma və idarəetmə, Bölmə 6.2 Həcmin müəyyənləşdirilməsi
|
MARPOL təlimatının VI Əlavəsinin tələblərinə müvafiq olaraq, gəmilərə müvafiq texniki xidmət göstərilməli və onlar aşağı kükürd tərkibli yanacaqdan istifadə etməlidir.
|
Pre-S
|
Köməkçi gəmilər Bakıda müvafiq avadanlıqlar ilə təchiz edilmiş və neft dağılmalarına qarşı ehtiyat planları olan müvafiq limanlardan birində yanacaq dolduracaqdır.
|
DS
|
Fəsil 7 Kumulyativ və təsadüfi hadisələr, Bölmə 7.3 Təsadüfi hadisələr
|
BP və seysmik tədqiqat podratçıları bütün hallarda yüksək əməliyyat göstəriciləri nümayiş etdirəcək və qabaqcıl sənaye qaydalarına riayət edəcəkdir;
|
DS
|
Fəsil 7 Kumulyativ və təsadüfi hadisələr, Bölmə 7.3.2 Kimyəvi maddələrin / Tullantıların yayılması
|
Bütün kimyəvi maddələr kip bağlanmış konteynerlərdə və ikinci kip örtüyü olan sahələrdə saxlanacaqdır. Seysmik tədqiqat fəaliyyətləri zamanı əmələ gələn hər hansı tullantı növləri həmçinin, göyərtədə məqsədəuyğun konteynerlərdə saxlanacaq və qabaqcıl sənaye qaydalarından istifadə edilərək və müvafiq qayğı göstərilməsinə dair prosedurlara riayət edilərək köməkçi gəmilərin vasitəsilə sahilə daşınacaqdır.
|
DS
|
Fəsil 7 Kumulyativ və təsadüfi hadisələr, Bölmə 7.3.2 Kimyəvi maddələrin / Tullantıların yayılması
|
Yüksək riskli təhlükəli kimyəvi reagentlərin və tullantıların dağılmasının baş verdiyi təqdirdə dəniz biotası üzərində ehtimal olunan toksik təsirləri minimuma endirmək üçün yubanmadan (qəzanın baş verməsi barədə məlumat verildikdən sonra 24 saatdan gec olmayaraq) xilasetmə əməliyyatları təşkil ediləcəkdir.
|
DS
|
Fəsil 7 Kumulyativ və təsadüfi hadisələr, Bölmə 7.3.4 Dağılmanın qarşısının alınması və cavab tədbirlərinin planlaşdırılması
|
D230 saylı blokda açıq dənizdə seysmik tədqiqat ərzində dağılma ehtimalını minimuma endirmək üçün nəzərdə tutulan spesifik texniki və əməliyyata nəzarət tədbirlərinə aşağıdakılar daxil olacaqdır:
Gəmilərin BDT-in standartlarına (məsələn, gəminin vəziyyəti) və BP şirkətinin müqaviləsinin şərtlərinə cavab verməsini təmin etmək üçün seysmik tədqiqat gəmisi və köməkçi gəmilərin auditləri aparılacaqdır;
BDT-nin təlimatlarına müvafiq olaraq, seysmik tədqiqat podratçısının gəmidən dənizin çirklənməsinın qarşısının alınması üçün fövqəladə tədbirlər planı (SOPEP) olacaqdır. SOPEP-ə, digərlərindən başqa, yanacaqdoldurma əməliyyatları ərzində həyata keçiriləcək neft dağılmalarına qarşı ehtiyat və cavab tədbirləri prosedurları daxil olacaqdır. Podratçı gəmi ekipajının SOPEP-in icrası üzrə səriştəsini təmin edəcəkdir;
Tədqiqat işləri gəmilərin fəaliyyətləri üçün hava şəraitində iş məhdudiyyətlərinə uyğun olaraq və BP şirkətinin mövcud dəniz əməliyyatları və geofiziki tədqiqat prosedurlarına uyğun sürətdə aparılacaqdır;
Avadanlıqlara müntəzəm texniki xidmət göstərilməsi və və yüksək riskli dağılma nöqtələrinin (xüsusən də yanacaqdoldurma şlanqları, bəndlər, çənlərin klapanları və s.) yoxlanması həyata keçiriləcəkdir;
Kimyəvi maddələrin istifadəsini azaltmaq üçün kimyəvi maddənin seçilməsi prosedurları həyata keçiriləcəkdir;
Riayət olunmalı ciddi yanacaq doldurma prosedurları tətbiq olunacaq və seysmik gəmi və köməkçi gəmilər üçün yanacaqdoldurma əməliyyatlarına bütün vaxtlarda nəzarət olunacaqdır;
Yanacaq vurma şlanqlarının üstünə əks klapanlar quraşdırılacaqdır;
Şlanqlar və çənlər kimi avadanlıqları təmir etməklə və ya dəyişdirməklə sızmaların qarşısını almaq üçün müntəzəm profilaktik texniki xidmət göstəriləcəkdir;
İşçi heyətin rol və vəzifələrinə uyğun olaraq onlara təhlükəli materialların idarə olunması, yanacaq doldurulması və tullantıların idarə olunmasına dair təlimin keçilməsi təmin olunacaqdır;
Sızma və dağılma riskini azaltmaq üçün təhlükəli maddələrin müvafiq qaydada daşınması və saxlanması prosedurları və bütün təhlükəli maddələrin təyin olunmuş sahələrdə və məqsədə yararlı konteynerlərdə (məs: ağzı kip bağlanan/hermetik çəlləklər) saxlanması təmin olunacaqdır;
Dağılmaya qarşı effektli cavab tədbirləri görülməsinə imkan yaratmaq üçün göyərtədə saxlanan bütün kimyəvi maddələr üçün Materialın Təhlükəsizlik Pasportları (MTP) mövcud olacaqdır;
Əsas səbəbləri aşkar etmək üçün bütün kiçik dağılmalar haqqında məlumat veriləcək və iş riski qiymətləndiriləcəkdir; və
Riskin qiymətləndirilməsinə əsasən spesifik yerlərdə dağılmaya qarşı müvafiq cavab tədbirləri və lokallaşdırma avadanlıqları təmin olunacaq. Bu, dağılma baş verdiyi təqdirdə tez cavab tədbirləri görülməsinə imkan yaradacaqdır.
|
Pre-S, DS
|
MARPOL təlimatlarına əsasən (ümumi tonnajı 400 tondan artıq olan) seysmik tədqiqat gəmilərinin və köməkçi gəmilərinin gəmidən dənizin çirklənməsinın qarşısının alınması üçün fövqəladə tədbirlər planı (SOPEP) işləyib hazırlaması və göyərtədə saxlaması tələb olunur. Seysmik tədqiqat podratçısı və BP tədqiqat üçün mobilizasiyadan qabaq hər gəmi üçün tərtib edilmiş SOPEP-in AGT regionunun müvafiq NDQCTP-yə və dağılmaya qarşı cavab tədbirləri prosedurlarına uyğunlaşdırılmasının təmin edilməsi üçün məsuliyyət daşıyacaqdır.
|
Pre-S
|