Layihə üzrə ətraf mühit və sosial məsələlərin idarə olunmasının əsas prinsipləri
Hazırki ƏMSSTQ sənədində müzakirə edilən ətraf mühit və sosial-iqtisadi Təsirazaltma və idarəetmə tədbirləri “tədqiqata hazırlıq”, “tədqiqat ərzində” və “tədqiqatdan sonrakı” mərhələlər daxil olmaqla, D230 saylı blokda seysmik tədqiqat ərzində sosial və ətraf mühit məsələlərinin idarə olunması üçün ətraf mühit və sosial sahə mərhələlərinin idarə olunmasının əsas prinsiplərini təşkil edəcəkdir.
D230 saylı blokda seysmik tədqiqat podratçısı Layihənin başlanmasından qabaq BP tərəfindən nəzərdən keçirilməsi və təsdiq edilməsi üçün özünün mövcud SƏTTƏM İdarəetmə Sisteminin əsasında layihə üzrə spesifik Ekoloji və Sosial İdarəetmə və Monitorinq Planları (ESİP) işləyib hazırlayacaqdır. Planlar aşağıdakı mövzuları əhatə edəcəkdir:
Planlarda ekoloji və sosial göstəriciləri ölçmək üçün istifadə ediləcək əsas meyarlar (məsələn, tullantı həcmləri, atqı parametrləri, dəniz məməlilərinin müşahidələri, ünsiyyətin tezliyi, və s.) müəyyənləşdiriləcəkdir.
BP hazırki ƏMSSTQ sənədində müəyyənləşdirilmiş təsirazaltma tədbirlərinin və öhdəliklərin yerinə yetirilməsini yoxlayacaqdır. Buna nail olmaq üçün yoxlamalar aparılacaq, yoxlamanın nəticələri “Sahə yoxlamalarına dair hesabat”larda sənədləşdiriləcəkdir. Tədbirlərin bağlanmasının effektivliyinə nəzarət etmək üçün tədbirə nəzarət sistemi təmin ediləcəkdir.
Dostları ilə paylaş: |