D230 saylı Blok üzrə Seysmik Tədqiqat


Əlaqələrin idarə edilməsi planı



Yüklə 465,51 Kb.
səhifə6/10
tarix10.01.2022
ölçüsü465,51 Kb.
#108892
1   2   3   4   5   6   7   8   9   10

Əlaqələrin idarə edilməsi planı


Əlaqələrin idarə edilməsi planında hazırki ƏMSSTQ sənədində (4 və 6-cı fəsillərdə) təqdim edilən və Cədvəl 9.1-də müəyyənləşdirilən əlaqə protokolları və əsas tələb göstəriləcəkdir. Buraya tədqiqatdan qabaq və tədqiqat ərzində müvafiq orqanlara və maraqlı tərəflərə tədqiqat proqramı barədə məlumatın verilməsi daxildir.
      1. Tullantının idarə edilməsi planı


D230 saylı blokun seysmik tədqiqat podratçısı blokda seysmik tədqiqatın aparıldığı müddətdə riayət etməsi üçün tullantının idarə olunması planı işləyib hazırlayacaqdır. Planda gözlənilən tullantı növləri, tullantıların ehtimal olunan miqdarı və tullantıların yüklənib-boşaldılması üçün hər hansı xüsusi tələblər nəzərdən keçiriləcəkdir.

Tətbiq edilə bilən milli normativ sənədin tələblərinə, qabaqcıl beynəlxalq sənaye qaydalarına, BP AGT Regionunun Tullantı Kitabçasına uyğun tullantının idarə olunmasını təmin etmək üçün plan işlənib hazırlanacaqdır. Planın əsas aspektlərinə aşağıdakı məsələlər daxildir:



  • Tullantı yalnız AGT regionu tərəfindən istifadəsi təsdiq edilmiş tullantının utilizasiyası qurğularına yönəldiləcəkdir.

  • Dənizdə yaranan təhlükəli tullantılar gəmilərin göyərtəsində çeşidlənəcək, sıxlaşdırılacaq və saxlanacaq və sonra quruda utilizasiya və ya emal olunmaq üçün BP şirkətinin təsdiq etdiyi tullantı idarəetmə obyektlərinə daşınacaqdır.

  • (MARPOL 73/78 təlimatına uyğun olaraq) ərzaq tullantıları kimi dənizdə yandırılması münasib sayılan tullantılar üçün seysmik tədqiqat gəmisinin göyərtəsində yandırıcı qurğular olacaqdır. Quruda müvafiq lisenziyalı tullantı qəbulu obyektində utilizasiya olunması üçün yandırılma prosesinin qalıqları sahilə daşınacaqdır.

  • Uyğun olmayan tullantı növlərinin arasında əlaqənin qarşısını almaq üçün təhlükəli tullantı növləri çeşidlənəcək və ayrı saxlanılacaqdır. Dənizdə əmələ gələn təhlükəli tullantılar gəmilərin göyərtəsində məqsədəuyğun konteynerlərdə və ayrılmış xüsusi sahələrdə saxlanılacaq, emal və utilizasiya olunmaq üçün quruda lisenziyalı tullantı obyektlərinə daşınacaqdır.

  • Göndərilən bütün tullantı partiyaları tullantının növü, miqdarı, tullantını yaradanın adı, tullantının göndərildiyi şəxsin adı, (tullantını yaradan şəxsdən fərqli olduğu halda) tullantını göndərən şəxsin adı təsdiq olunan Tullantı Daşıma Sənədlərinin (TDS) və tullantı təhlükəli tullantı olduğu halda Materialın təhlükəsizlik pasportu (MTP) və zərurət yarandıqda, Tullantı Pasportları ilə müşayiət olunacaqdır. Təhlükəli tullantı partiyaları Təhlükəli Tullantı Pasportları ilə müşayiət ediləcəkdir.

      1. Yüklə 465,51 Kb.

        Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin