Ətraf mühitin idarə edilməsi və çirklənmənin qarşısının alınması
|
Fəsil 4 Layihənin təsviri, Bölmə 4.6.2 Atmosfer emissiyaları
|
Havanın gəmilərdən çirklənməsinin qarşısını almaq (Əlavə VI), qlobal SOx, NOx emissiyalarını və asılı hissəcikləri azaltmaq üçün gəmilərin göyərtəsində bütün emissiyalar MARPOL73/78 təlimatının tələblərinə uyğun olacaqdır.
|
DS
|
Fəsil 4 Layihənin təsviri, Bölmə 4.6.5 İşıqlanırma
|
Yedəyə alınan strimer ilə seysmik tədqiqat aparılarkən istifadə ediləcək tədqiqat gəmisinin və köməkçi gəmilərin göyərtəsində gecə saatlarında və görüntünün aşağı olduğu müddətdə fəaliyyət üçün müvafiq naviqasiya işıqları olacaqdır. İşıqlandırmanın səviyyəsi dənizdə təhlükəsizlik normalarına uyğun olacaqdır
|
DS
|
Fəsil 4 Layihənin təsviri, Bölmə 4.7 Əməliyyata və layihəyə nəzarət mexanizmləri
|
Dənizdə təhlükəsizlik, tullantının idarə olunması, fövqəladə hallar və dağılmalar, və s. ilə əlaqədar hər hansı riskləri nəzərdən keçirmək üçün layihə üzrə spesifik idarəetmə planları və prosedurları işləyib hazırlanacaqdır.
|
Pre-S
|
Fəsil 4 Layihənin təsviri, Bölmə 4.7.2 Sualtı akustik dalğaların idarə edilməsi
|
Layihə seysmik əməliyyatları nəticəsində dəniz məməlilərinin xəsarət alma və təbii mühitlərinin pozulma riskini minimuma endirmək üçün Ümumi Təbiəti Mühafizə Komitəsinin (ÜTMK) təlimatlarına uyğun yerinə yetiriləcəkdir. Təsirazaltma və müşahidə zonası enerji mənbəyindən 700m aralı yerləşəcəkdir.
|
DS
|
Tədqiqat ərzində praktiki cəhətdən ən aşağı seysmik enerji mənbələrindən istifadə ediləcəkdir. Mümkün olan hallarda, profillərin dəyişdirilməsi zamanı enerji mənbəyi söndürüləcək, lakin məlumatların toplanması fasiləsiz aparıla bilər.
|
DS
|
Fəsil 6 Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi, Təsirazaltma və idarəetmə, Bölmə 6.3.2.4 Xəzər suitisinə təsirin əhəmiyyəti, azaldılması, monitorinqi və bu barədə məlumat verilməsi
|
Tədqiqat başa çatdıqda tədqiqat müddətində Xəzər suitisi ilə əlaqədar müşahidələrin xülasəsi verilən yekun hesabat, o cümlədən, gündəlik jurnal formalarının hamısı BP-yə təqdim ediləcəkdir.
|
PS
|
Fəsil 6 Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi, Təsirazaltma və idarəetmə, Bölmə 6.4.1 Mövcud layihəyə nəzarət mexanizmləri
|
Ballast suyu Xəzər dənizindən götürüləcək və invaziv parazit növlərini yaymaq riski yaratmayacaqdır.
|
DS
|
Fəsil 4 Layihənin təsviri, Bölmə 4.6.4 Atqılar
Fəsil 6 Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndrilməsi, Təsirazaltma və idarəetmə, Bölmə 6.4.2.2 Təsirin miqyası və əhəmiyyəti
|
Gəmilərdən su fazalı atqılar Gəmilərdən Çirklənmənin Qarşısının Alınması üçün Beynəlxalq Konvensiyada (MARPOL 73/78 (düzəlişlərlə birlikdə)), daha dəqiq I və V əlavələrdə müəyyənləşdirilmiş standartlara uyğun olacaqdır.
Çirkab sularını təmizləmə qurğusu (əgər vardırsa) BDT-nin standartlarına uyğun olaraq attestasiyadan keçiriləcəkdir. Axıntının tərkibinin müəyyənləşdirilmiş atqı meyarlarına uyğun olmasına müntəzəm olaraq nəzarət ediləcəkdir. Əgər (məsələn, təmizləyici qurğunun olmamasına görə) təmizlənməsi mümkün olmazsa, çirkab suyu saxlanacaq, emal və utilizasiya üçün sahilə daşınacaqdır.
|
DS
|
Fəsil 4 Layihənin təsviri, Bölmə 4.6.6 Kimyəvi və təhlükəli materiallar
|
Gəmilərin göyərtəsində olan təhlükəli materialların hamısı üçün ciddi yükləmə-boşaltma prosedurları nəzərdə tutulacaq və gəmi heyəti kimyəvi maddələrin yüklənib-boşaldılması və dağılmalara qarşı cavab tədbirlərinin görülməsi üzrə təlim keçəcəkdir.
|
DS
|
Fəsil 4 Layihənin təsviri, Bölmə 4.7.1 Dənizdə təhlükəsizlik və əlaqələr
|
Tədqiqat yalnız o zaman aparılacaqdır ki, hava şəraiti (məsələn. Külək, dakğalar, görünmə şəraiti) ilə əlaqədar qabaqcadan müəyyənləşdirilmiş fəaliyyət meyarları yerinə yetirilsin
|
Pre-S, DS
|
|