Sobada yandırılmış tullantı istisna olmaqla, bütün tullantılar təcrid ediləvək. birkalanacaq və quruda son utilizasiya üçün məqsədəuyğun konteynerlərdə saxlanacaqdır.
DS
Yandırılmasına icazə verilən tullantı, o cümlədən, ərzaq tullantısı Marpol Əlavə VI normalarına uyğun olaraq göyərtədəki sobada (vardırsa) yandırılacaqdır; təsdiqlənmiş quru obyektlərdə son utilizasiya üçün tullantıların qalıq külü də göyərtədə saxlanacaqdır.
DS
Seysmik tədqiqat boyu tullantıların idarə olunması üzrə aşağıdakı meyarlar və protokollar həyata keçiriləcəkdir:
• MARPOL 73/78 təlimatının tələblərinə uyğun olaraq, tədqiqat gəmilərində və köməkçi gəmilərdə Neft əməliyyatlarının uçot jurnalı saxlanılacaqdır. Jurnaldan tullantı yağların, anbar suların, yağlı materialların, şlamın, və s. necə, nə zaman və harada utilizasiya edilməsinin qeydiyyatını aparmaq üçün istifadə ediləcəkdir. Göyərtədə əmələ gələn hər hansı tullantı tullantıların utilizasiyası üzrə tanınmış orqanlar və ya podratçılar tərəfindən utilizasiya ediləcəkdir. Utilizasiya prosesinin təfərrüatları gəminin Neft əməliyyatlarının uçot jurnalında qeyd ediləcəkdir;
• Yuxarıda qeyd olunanlardan başqa tullantı materialların idarə olunmasının və utilizasiyasının qeydiyyatını aparmaq üçün tədqiqat gəmisində və köməkçi gəmilərdə Tullantıları İdarəetmə Planı və Tullantıların Uçot Jurnalı saxlanacaqdır. Tullantıları İdarəetmə Planında MARPOL spesifikasiyasına və BP AGT Regionunun Tullantı Kitabçasına müvafiq olaraq tullantı növləri təsnif ediləcək və tullantıların növü, göyərtədə saxlanılan, sahilə daşınan və əmələ gələn tullantıların (məsələn, ərzaq tullantılarının, yandırılmış tullantıların külünün) miqdarı sadalanacaqdır; və
• AGT regionunun mövcud tullantıları idarəetmə planlarına və prosedurlarına müvafiq olaraq, bütün tullantılar9 utilizasiya üçün sahilə daşınacaqdır. (9 Göyərtədə yandırılan tullantılar daxil deyil, lakin yandırılmış tullantıların külü daxildir.)
DS
Əlaqə
Fəsil 4 Layihənin təsviri, Bölmə 4.7.1 Dənizdə təhlükəsizlik və əlaqələr
Seysmik tədqiqat proqramı diqqətlə planlaşdırılacaq və dəniz istifadəçilərinin işinə potensial müdaxilə tədqiqatdan öncə və tədqiqat ərzində müvafiq qurumlar və maraqlı tərəflər ilə effektiv əlaqələr yolu ilə minimuma endiriləcəkdir. Bütün müvafiq icazələrin alınması və tələblərə uyğunluq şərtlərinə riayət edilməsi tələb olunacaq və icazələr əməliyyatlardan xeyli əvvəl alınacaqdır;
Pre-S
Tədqiqat proqramı (o cümlədən, onun vaxtı və aparılacağı yer) barədə müvafiq dəniz və liman orqanlarına bildirişlər təqdim ediləcək, həmçinin, lazım olduqda, tədqiqatdan qabaq dəniz istifadəçiləri ilə birbaşa əlaqə yaradılacaqdır.
Pre-S
Nəzarətlərində olan fəaliyyətlər ilə hər hansı ziddiyyəti azaltmaq üçün layihə qrupu gündəlik tədqiqat planından istifadə edərək layihə çərçivəsində gəminin hərəkətləri barədə yerli dispetçer məntəqəsinə (YDM) məlumat verəcəkdir.
Pre-S, DS
Gəminin hərəkətlərinə seysmik tədqiqat podratçısının YDM-i rəhbərlik edəcək, lakin nəzarət naviqasiya sistemi və gəmi kapitan tərəfindən həyata keçiriləcəkdir. Tədqiqatın başlanmasından qabaq bütün tədqiqat gəmiləri və köməkçi gəmilərin arasında aydın ünsiyyət qurulacaq və əməliyyat prosedurları müəyyənləşdiriləcəkdir;
Pre-S, DS
Təkmilləşdirilmiş mövqesaxlama avadanlıqları tədqiqat gəmisinin və əlaqədar avadanlıqların mövqeyi barədə dəqiq məlumatı təmin edəcək və digər gəmilərə ötürəcəkdir.
Pre-S, DS
Fəsil 6 Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi, Təsirazaltma və idarəetmə, Bölmə 6.5.2.2 Təsirin miqyası və əhəmiyyəti
Beynəlxalq gəmiçiliyə təsirləri minimuma endirmək üçün görüləcək tədbirlərə aşağıdakılar daxildir:
• D230 saylı blokun daxilində və ətrafında dəniz nəqliyyat vasitələrinin hərəkətini qiymətləndirmək üçün BP seysmik tədqiqatdan qabaq Gəmiçilik Riskinin Qiymətləndirilməsini həyata keçirəcəkdir. Qiymətləndirmə zamanı gəmilərin növləri, hərəkət tezliyi və getdiyi yer müəyyənləşdiriləcəkdir; və
• Gəmiçilik Riskinin Qiymətləndirilməsinin nəzərdən keçirilməsindən sonra qadağan zonası tətbiq etmək üçün əlavə köməkçi gəmilərin istifadəsi lazım hesab edilə bilər.