Bu Fəsildə D230 saylı blokda seysmik tədqiqat ilə əlaqədar ekoloji və sosial-iqtisadi məsələlərin idarə edilməsi zamanı əsas götürüləcək ümumi BP-nin əməliyyatları idarəetmə sisteminin xülasəsi təqdim edilir. Seysmik tədqiqatın podratçısı hələ müəyyənləşdirilməyib, lakin podratçının BP-nin korporativ tələblərinə cavab verəcək öz SƏTTƏM idarəetmə sistemi olacaqdır.
Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) Regionu BP şirkətinin Azərbaycanda əməliyyatlarını idarə edir və Əməliyyatları İdarəetmə Sistemi (ƏİS) yaratmışdır. ƏİS əməliyyatların təhlükəsizliyini, tələblərə uyğunluğunu və etibarlılığını təmin etmək üçün nəzərdə tutulan strukturlaşdırılmış proseslər dəstidir. Bu sistem təşkilatın Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (SƏTTƏM) üzrə icra göstəriciləri ilə bağlı strukturlaşdırılmış çərçivəni təşkil edir və bunun üçün Şəkil 9.1-də müəyyən edildiyi kimi altı əsas mərhələ vardır:
Məqsəd;
Riskin qiymətləndirilməsi və prioritetləşdirilməsi;