Giriş
Mündəricat
1Giriş 1
1.1Giriş 2
1.1.13Ö seysmik tədqiqatın icmalı 2
1.1.2D230 saylı Blok yaxınlığında BP-nin digər kəşfiyyat və hasilat fəaliyyətləri 2
1.2D230 saylı Blok üzrə seysmik tədqiqat üçün ƏMSSTQ-nin əhatə dairəsi 4
1.3ƏMSSTQ heyəti və strukturu 4
Şəkil 1.1: D230 saylı Blokun və regiondakı mövcud kontrakt sahələrinin yerləri 3
Cədvəl 1.1: D230 saylı Blok üzrə seysmik tədqiqat ilə bağlı ƏMSSTQ heyəti 4
Giriş
BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şimal Abşeron Hövzəsində D230 saylı Blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprelində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalamışdır. HPBS 2018-ci ilin oktyabrında Azerbaycanın parlamenti tərəfindən ratifikasiya edilmişdir.
D230 saylı Blok Azərbaycanın sahil xəttindən təxminən 80km məsafədə yerləşir və təxminən 3,222km² ərazini əhatə edir (baxın: Şəkil 1.1). Suyun dərinliyi 100m və 800m arasında dəyişir. BP D230 saylı Blok daxilində seysmik tədqiqat aparmağı planlaşdırır və bir tədqiqat profilinin blokun hüdudundan kənara çıxaraq D230 saylı Blokun cənubundakı Dan Ulduzu Əşrəfi Kontrakt Sahəsində yerləşən Əşrəfi-1 quyusunadək uzadılmasını nəzərdə tutur (baxın: Şəkil 1.1). Seysmik tədqiqatın məqsədi hövzə daxilində perspektiv karbohidrogen strukturlarını qiymətləndirmək olacaq; bundan sonra isə gələcəkdə potensial kəşfiyyat qazma işləri üçün hədəf laylar müəyyənləşdirilə bilər.
Hazırkı Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi nəzərdə tutulan seismic tədqiqatın potensial təsirlərini qiymətləndirmək və Xəzər dənizində ətraf mühitin mühafizəsi üçün tələb olunan hər hansı təsirazaltma tədbirlərini müəyyənləşdirmək məqsədilə hazırlanıb.
Dostları ilə paylaş: |