D230 saylı Blok yaxınlığında BP-nin digər kəşfiyyat və hasilat fəaliyyətləri
Müvafiq qaydada, 2015, 2010, 1994 və 1996-cı illərdə imzalanmış Abşeron Yarımadasının Dayaz Sulu Sahəsi (AYDS), Şəfəq-Asiman, Azəri, Çıraq və Günəşli (AÇG) və Şahdəniz (ŞD) üzrə HPBS-lərin əsasında BP 1995-ci ildən etibarən dənizdə Seysmik Tədqiqat və qazma işlərinin tamamlanması, quruda və dənizdə hasilat və ixrac qurğularının quraşdırılması və istismarı daxil olmaqla, kəşfiyyat və hasilat fəaliyyətlərini həyata keçirməkdədir (Şəkil 1.1-ə istinad edin). Potensial ekoloji və sosial təsirlərə dair qiymətləndirmələr barədə məlumat almaq və ətraf mühitdə müşahidə olunan, o cümlədən, BP-nin fəaliyyətlərinə təsir ilə nəticələnə bilən təmayülləri müəyyənləşdirmək məqsədilə bu müddət ərzində fon və monitorinq tədqiqatlarının aparılması və üçüncü tərəfin məlumat toplaması yolu ilə ətraf mühitə və sosial sahəyə dair məlumatlar toplanmışdır.
AYDS, AÇG və ŞD Kontrakt Sahələrinin yerləri Şəkil 1.1-də göstərilir. Hər biri ayrı-ayrılıqda SOCAR və üçüncü tərəflər arasında bağlanmış HPBS-lərin predmeti olan Yalama D222 Kontrakt Sahəsi, Dan Ulduzu Əşrəfi Kontrakt Sahəsi və Qarabağ Kontrakt Sahəsi də həmin şəkildə göstərilib.
Ş əkil 1.1: D230 saylı Blokun və regiondakı mövcud kontrakt sahələrinin yerləri
Dostları ilə paylaş: |