D230 saylı Blok üzrə Seysmik Tədqiqat


ƏMSSTQ heyəti və strukturu



Yüklə 440,83 Kb.
səhifə5/5
tarix10.01.2022
ölçüsü440,83 Kb.
#109867
1   2   3   4   5

ƏMSSTQ heyəti və strukturu


D230 saylı Blokun seysmik tədqiqat üzrə ƏMSSTQ heyətinə dair təfərrüatlar Cədvəl 1.1-də təqdim edilib.

Cədvəl 1.1: D230 saylı Blok üzrə seysmik tədqiqat ilə bağlı ƏMSSTQ heyəti



Heyət üzvü

Funksiyaları

AECOM

ƏMSSTQ layihəsinin meneceri və aparıcı müəllifləri

Sosial-iqtisadi qiymətləndirmə

Ekoloji qiymətləndirmə

Tamara Zərbəliyeva

Balıq və balıqçılıq təsərrüfatı üzrə yerli mütəxəssis

Tariel Eybətov

Xəzər suitiləri üzrə yerli mütəxəssis

Award Environmental Consultants Limited

Sualtı səs üzrə mütəxəssis

BP

HPBS-ə uyğun olaraq D230 saylı blok üzrə operator

Neft dağılmasının modelləşdirilməsi

Bu ƏMSSTQ hesabatı 10 fəsildən ibarətdir:




  • İlk növbədə, “Giriş” bölməsində Layihəyə dair icmal və ümumi məlumat, ƏMSSTQ tədqiqatının məqsədləri və ƏMSSTQ Hesabatının strukturu təqdim edilib. 2-ci fəsildə Layihə üçün qanunverici və hüquqi-normativ kontekst müəyyənləşdirilir, o cümlədən qüvvədə olan milli hüquqi və inzibati baza, Layihəyə aid olan milli və beynəlxalq qanunlar və konvensiyalar, müvafiq milli ƏMTQ təlimatları və regional proseslər təqdim edilir. 3-cü fəsildə qiymətləndirmə metodologiyası, təsirin əhəmiyyətinin müəyyənləşdirilməsi üzrə yanaşma və təsirazaltma metodu təsvir edilir və 3-cü fəsildə o cümlədən əhatə dairəsinin müəyyənləşdirilməsi prosesi xülasə şəklində təqdim olunur.

  • 4-cü fəsildə Layihənin icmalı verilir, o cümlədən əməliyyatın parametrləri, avadanlığın spesifikasiyaları, emissiyalar, resurslardan istifadə və layihələndirmənin nəzarət-mühafizə tədbirləri müzakirə edilir.

  • 5-ci fəsildə ilkin vəziyyət xülasə şəklində təqdim edilir, o cümlədən Layihənin təsirinə məruz qala biləcək sahə daxilində yerləşən əsas reseptorlar və bio-fiziki və sosial-iqtisadi mühit barədə icmal verilir.

  • Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi 6-cı fəsildə təqdim edilib və orada əsas aspektlərin/fəaliyyətlərin ətraf mühit ilə qarşılıqlı əlaqələri müəyyənləşdirilir və nəticə etibarilə meydana çıxan birbaşa və dolayı təsirlər qiymətləndirilir. Qalıq təsirləri qiymətləndirmək üçün təsirazaltma tədbirləri tətbiq olunur.

  • Fəsil 7-də potensial kumulyativ təsirlərin və planlaşdırılmamış halların qiymətləndirilməsi təqdim edilir. Bu fəsildə riskləri idarə etmək üçün tədbirlər və planlaşdırılmamış hadisələrə qarşı cavab tədbirləri təsvir edilir. 8-ci fəsildə potensial transsərhəd təsirlər təqdim edilir və əhatə dairəsindən çıxarılmış elementlərin tam əsaslandırılması verilir, habelə əhatə dairəsinə daxil edilmiş elementlərin riskləri üzrə ehtimallar müfəssəl şəkildə təqdim edilir.

  • 9-cu fəsildə əhatəli Ətraf Mühitin və Sosial-iqtisadi Sahənin İdarə Olunması Planı təqdim edilir və orada layihənin idarəetmə sistemləri, təsirazaltma tədbirləri və xüsusi idarəetmə planları üzrə tələblər təfsilatı ilə əks etdirilir.

  • ƏMSSTQ Hesabatına dair yekun rəylər 10-cu fəsildə təqdim edilir.



1 Strimer müntəzəm intervallarda qəbuledicilərin (yəni, hidrofonların) birləşdirildiyi və hidrofonların hər birinin qəbul etdiyi siqnalların tədqiqat gəmisinin göyərtəsində yerləşən seysmik tədqiqat avadanlıqlarına ötürüldüyü üzən elektrik kabelindən ibarətdir.

Dekabr 2018-ci il

Yekun variant



Yüklə 440,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin