3Ö seysmik tədqiqatın icmalı
3Ö seysmik tədqiqat 4-6km uzunluqda altı strimerdən1 və iki enerji mənbəyindən (gəminin arxasında yedəklə dartılan) istifadə edən seysmik tədqiqat gəmisi vasitəsilə həyata keçiriləcək. Bir yaxud iki gəmi təchizat mallarının təmin olunması, heyətin dəyişdirilməsi, tullantıların sahilə daşınması, tədqiqat gəmisinin və yedəklə dartılan avadanlığın ətrafında təhlükəsizlik məqsədli qadağa zonasının saxlanılması da daxil olmaqla bir sıra dəstək fəaliyyətləri həyata keçirəcək.
Tədqiqat işləri öncədən müəyyənləşdirilmiş tədqiqat profilləri boyunca tədqiqat gəmisinin hərəkət edərək geofiziki məlumatları toplanmasından ibarət olacaq. Geofiziki məlumatların toplanması zamanı nəzarətli şəkildə akustik dalğalar buraxılacaq və su sütunu ilə hərəkət edərək dəniz dibinə yönələcək sonra isə həmin dalğalar müxtəlif yeraltı geoloji qatlardan geri əks olunacaq. Geri əks olunan dalğalar strimerlərdə yerləşdirilmiş qəbuledicilər (“hidrofonlar” adlanır) tərəfindən qeydə alınacaq və tədqiqat gəmisinə ötürüləcək, tədqiqat gəmisində isə keyfiyyətə nəzarət məqsədilə təhlil olunacaq. Bundan sonra həmin məlumatlar növbəti mərhələdə emala və interpretasiyaya göndərilmək üçün saxlanılacaq.
Seysmik tədqiqatın 2019 – 2020-ci illər arasında maksimum 6 aylıq müddət ərzində həyata keçirilməsi planlaşdırılır.
Dostları ilə paylaş: |