D230 saylı Blokun seysmik tədqiqat üzrə ƏMSSTQ heyətinə dair təfərrüatlar Cədvəl 1.1-də təqdim edilib.
Cədvəl 1.1: D230 saylı Blok üzrə seysmik tədqiqat ilə bağlı ƏMSSTQ heyəti
Heyət üzvü
Funksiyaları
AECOM
ƏMSSTQ layihəsinin meneceri və aparıcı müəllifləri
Sosial-iqtisadi qiymətləndirmə
Ekoloji qiymətləndirmə
Tamara Zərbəliyeva
Balıq və balıqçılıq təsərrüfatı üzrə yerli mütəxəssis
Tariel Eybətov
Xəzər suitiləri üzrə yerli mütəxəssis
Award Environmental Consultants Limited
Sualtı səs üzrə mütəxəssis
BP
HPBS-ə uyğun olaraq D230 saylı blok üzrə operator
Neft dağılmasının modelləşdirilməsi
Bu ƏMSSTQ hesabatı 10 fəsildən ibarətdir:
İlk növbədə, “Giriş” bölməsində Layihəyə dair icmal və ümumi məlumat, ƏMSSTQ tədqiqatının məqsədləri və ƏMSSTQ Hesabatının strukturu təqdim edilib. 2-ci fəsildə Layihə üçün qanunverici və hüquqi-normativ kontekst müəyyənləşdirilir, o cümlədən qüvvədə olan milli hüquqi və inzibati baza, Layihəyə aid olan milli və beynəlxalq qanunlar və konvensiyalar, müvafiq milli ƏMTQ təlimatları və regional proseslər təqdim edilir. 3-cü fəsildə qiymətləndirmə metodologiyası, təsirin əhəmiyyətinin müəyyənləşdirilməsi üzrə yanaşma və təsirazaltma metodu təsvir edilir və 3-cü fəsildə o cümlədən əhatə dairəsinin müəyyənləşdirilməsi prosesi xülasə şəklində təqdim olunur.
4-cü fəsildə Layihənin icmalı verilir, o cümlədən əməliyyatın parametrləri, avadanlığın spesifikasiyaları, emissiyalar, resurslardan istifadə və layihələndirmənin nəzarət-mühafizə tədbirləri müzakirə edilir.
5-ci fəsildə ilkin vəziyyət xülasə şəklində təqdim edilir, o cümlədən Layihənin təsirinə məruz qala biləcək sahə daxilində yerləşən əsas reseptorlar və bio-fiziki və sosial-iqtisadi mühit barədə icmal verilir.
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi 6-cı fəsildə təqdim edilib və orada əsas aspektlərin/fəaliyyətlərin ətraf mühit ilə qarşılıqlı əlaqələri müəyyənləşdirilir və nəticə etibarilə meydana çıxan birbaşa və dolayı təsirlər qiymətləndirilir. Qalıq təsirləri qiymətləndirmək üçün təsirazaltma tədbirləri tətbiq olunur.
Fəsil 7-də potensial kumulyativ təsirlərin və planlaşdırılmamış halların qiymətləndirilməsi təqdim edilir. Bu fəsildə riskləri idarə etmək üçün tədbirlər və planlaşdırılmamış hadisələrə qarşı cavab tədbirləri təsvir edilir. 8-ci fəsildə potensial transsərhəd təsirlər təqdim edilir və əhatə dairəsindən çıxarılmış elementlərin tam əsaslandırılması verilir, habelə əhatə dairəsinə daxil edilmiş elementlərin riskləri üzrə ehtimallar müfəssəl şəkildə təqdim edilir.
9-cu fəsildə əhatəli Ətraf Mühitin və Sosial-iqtisadi Sahənin İdarə Olunması Planı təqdim edilir və orada layihənin idarəetmə sistemləri, təsirazaltma tədbirləri və xüsusi idarəetmə planları üzrə tələblər təfsilatı ilə əks etdirilir.
ƏMSSTQ Hesabatına dair yekun rəylər 10-cu fəsildə təqdim edilir.
1 Strimer müntəzəm intervallarda qəbuledicilərin (yəni, hidrofonların) birləşdirildiyi və hidrofonların hər birinin qəbul etdiyi siqnalların tədqiqat gəmisinin göyərtəsində yerləşən seysmik tədqiqat avadanlıqlarına ötürüldüyü üzən elektrik kabelindən ibarətdir.