Dağılmaların sinerqetikası və mexaniki xassələri



Yüklə 0,66 Mb.
səhifə1/8
tarix10.01.2022
ölçüsü0,66 Mb.
#109718
  1   2   3   4   5   6   7   8

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

Milli Aviasiya Akademiyası

Nəqliyyat mexanikası və materialşünaslıq”

kafedrasının

Elmİ Tədqİqat İşİ

Mövzunun adı :

Uçuşun etibarlığını və təhlükəsizliyini təmin edən avadanlıqlarda dağılma prosesinin kinetikası

İşin adı :

Yorulmada çatların əmələgəlmə modeli və kriteriyaları

BAKI 2012

professor Ə.X.Canəhmədov – Elmi rəhbər

dosent N.C.Pənahova – Məsul icraçı

professor M.R.Mustafayev

professor R.M.Sərdarlı

dosent R.A.Kəbirli

dosent R.C.Həşimov

dosent T.Ə.Nəcəfov

dosent R.H.Eyyubov

baş müəllim Ə.M. Eyvazov

müəllim Ə.İ. İsayev



İcraçılar:

Yorulmada çatların əmələgəlmə modeli və kriteriyaları
Giriş. Son illər plastiki deformasiyaya və dağılmaya aid fikirlər əhəmiyyətli dərəcədə dəyişmişdir. Ənənəvi dislokasiya nəzəriyyəsinə baxış başqa bir müstəviyə keçmişdir. Dislokasiya termininə yanaşmada disklinasiya termininə də önəm verilməyə başlanıb. Disklinasiyaya deformasiyanın mərhələli strukturu, strukturun dayanıqsızlıq vəziyyəti kimi də baxmaq olar [1÷7].

Dislokasiyaya plastiki deformasiyanın xətti qüsurlarını təmin edən amil kimi baxıla bilər. Son illər rotasialı deformasiyaya çox böyük önəm verilməyə başlanmışdır [2]. Ümumi baxışda rotasialı deformasiya mexaniki sahə ilə qarşılıqlı bağlılıq təşkil edir. İş zamanı plastiki dəyişiklikliyin yaranmasında lokal kinetik strukturun keçidi baş verir, bu da yalnız lokal kristal sahədə entropiyanın yaranması nəticəsində mümkün ola bilər [7]. Dağılma, həmçinin, lokal strukturun yüksək gərginliyi nəticəsində dəyişikliyi kimi də qəbul oluna bilər. Bütün bunlar sinergetik nəzəriyyə baxışından öz təstiqini tapır [8÷11].

Sinergetika müxtəlif təbii strukturların özü-özünə yaranma və dağılma prosesini öyrənir, eyni zamanda, canlı və cansız təbiət üçün eynilik təşkil edir. Məlumdur ki, strukturun yaranmasını kibernetika elmi də öyrənir. Eyni zamanda, bu proses sinergetikada da öyrənilməyə başlanmışdır. Sinergetika kibernetikadan fərqli olaraq, strukturun fiziki proseslər əsasında daxili səbəblərdən yaranmasını öyrənir. Sinergetika məntiqi olaraq sıçrayışlar və dalğalar nəzəriyyəsini, yəni, bərabər olmayan struktur barədə öyrənməyə imkan verir.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin