Dağılmaların sinerqetikası və mexaniki xassələri


Yorğunluq çatlarının artması zamanı bifurkasiya (haçalanma) nöqtələrində K



Yüklə 0,66 Mb.
səhifə6/8
tarix10.01.2022
ölçüsü0,66 Mb.
#109718
1   2   3   4   5   6   7   8
Yorğunluq çatlarının artması zamanı bifurkasiya (haçalanma) nöqtələrində K1q giriş qiymətlərinin qarşılıqlı əlaqəsi. Artıq qeyd edildiyi kimi, bifurkasiya nöqtələrində dağılmanın mikromexanizminin və ya dayanıqsızlığın növünün dəyişilməsi, translyasiya dayanıqsızlığından rotasiya dayanıqsızlığına keçidi baş verir (və ya əksinə). Bu o mənaya gəlir ki, bifurkasiya nöqtəsində K1 – in bu və ya digər mənasına mikroskopik sürətin iki səviyyəsi uyğun gəlir və bunu da A.A.Şanyavskinin eksperimental sübutlarına əsasən aşağıdakı formada təqdim etmək olar [30]:

(38)

(39)

Bundan da belə nəticə çıxartmaq olar ki,

(40)



Burada VT VP – translyasiya və rotasiya dayanıqsızlığının realizasiyası zamanı mikroqopma vasitəsi ilə çatların artmasının mikroskopik sürətinin əldə edilməsinə uyğundur.

n göstəricisi ilə müəyyən edilən dl/dN çatlarının artmasının makroskopik sürəti bütün səthlərdəki çatın sıçrayışlar şəklində olan irəliləmə sahəsindəki mikroqoparmadan asılıdır. Bu hissə materialın əsas quruluşundan asılıdır. Son mərhələdə mikroqoparma vasitəsi ilə aparılan dağılma zamanı fərqlər meydana çıxır: bu və ya digər əsasda ərintilər üçün K1 = K1q zamanı dağılmanın artması belə halda quruluşun dağılmaya olan həssaslıq göstəricisi olan n1 parametri vasitəsi ilə quruluşdan asılıdır [38].

Dağılmanın mikromexanizminin dəyişilməsinə uyğun gələn K1 əhəmiyyətli hədləri arasındakı əlaqələrin araşdırılması belə göstərir ki, bu və ya digər əsasda ərintilər üçün bu əlaqə polad, titan ərintiləri və alümin ərintilər üçün 3 – cü şəkildə təsvir edilmiş şüa diaqramması ilə xarakterizə edilə bilər [27÷38].

Bu diaqramda n =nmin =2 mənası aşağı (minimum) kimi xarakterizə edilir, amma n =nmax K1-lə nəzarət edilən kəsiyin dağılmasının (pozulmasının) həyata keçməsinin yuxarı həddi ilə xarakterizə edilir. n=4 – ün qiymətini dağılmanın artma sürətinin parametri üzrə özlü-kövrək keçid müəyyən edir. Belə halda, özlü-kövrək keçid dağılmanın artmasının kritik temperaturu ilə yox məhz kritik sürəti ilə müəyyən edilir. n=4 – ün qiymətini yüksək enerji sərf edən dissipativ strukturlardan aşağı səviyyədə enerji sərf edən dissipativ strukturlara keçidi ilə xarakterizə edilir. n=nc dənələrarası dağılmaya keçidi xarakterizə edir. İki sağ şüa (KФ və KЯ) plastik deformasiyanın məhdudlaşdırılması mərhələsinin dəyişilməsi zamanı K1c intervalının dəyişilməsini məhdudlaşdırır (ф – burada kəsiyin fərqli şərtlərdə realizə edilən mexanizmi üzrə çatlamağa start üçün K1-in maksimal əhəmiyyətini kəsb edir).

K1c və K10 – un giriş qiymətini çatların qeyri-elastikli hərəkəti zamanı avtomodelliyin sərhədini xarakterizə edir.

K1c və K10 – un avtomodelliyinin ekstremal sərhədi aşağıdakı şərtlər əsasında müəyyən edilir:



(41)

Burada da K10/K1c=∆.. Buna görə də, K1q/K10 nisbətində ifadə edilmiş μL mislinin əmsalı K1q = K10 zamanı μLmin=1 qiymətlərindən μLmax=∆-1-ə qədər dəyişiləcəkdir. ∆=0.11; 0.12 və 0.22 qiymətlərinin nəzərə alınması ilə polad, titan ərintiləri və alümin ərintilər üçün μLmax = 9.1; 8.3 və 4.7 uyğundur. Diaqramda μLmax qiymətinə 2 ≤n≤4-də KФ1c şüası uyğun gəlir. n=4 qiyməti artıq qeyd edildiyi kimi K1c qiymətinin K1q-la əlaqədar olaraq sıçrayışlı şəkildə KФ1c –dən Kp1c-ə qədər dəyişildiyi özlü–kövrək keçidi xarakterizə edir [38]:



Burada n=2 və nmax = 6.8 və 9 polad, titan ərintiləri və alümin ərintilər üçün uyğundur. Diaqramda μL= const zamanı fərqli n və Kmax1q də avtomodelliyin sərhədlərinə cavab verən K1c-nin qiymətləri rəqəmlərlə göstərilib.

Belə halda nümunə göstərilən diaqramlar kəsiklərlə dağılmanı nəzarətdə saxlayan bifurkasiya nöqtələrində ərintilərin fundamental mexaniki xüsusiyyətləri haqqında ətraflı məlumatları özündə ehtiva edir. K1q və n arasındakı əlaqəni mövcudluğu tsiklik çatadavamlılığa dair aparılmış sınaqlarda n parametrinə uyğun olaraq K1c-ni müəyyən edir.






Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin