Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?



Yüklə 1.96 Mb.
səhifə17/17
tarix22.06.2018
ölçüsü1.96 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   17

1056) Aşağıdakılardan hansı amöblərın adəti lokalizasiyasını göstərir?
A) Köndələn-çənbər bağırsaq

B) Düz bağırsaq

C) Qalxan - çənbər bağırsaq

D) Kor və S - vari bağırsaq

E) Öd yolları
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
1057) A virus hepatitinin ötürülmə müxanizmi necədir?
A) Hava - damcı

B) Fekal - oral

C) Parenteral

D) Perinatal

E) Cinsi
Ədəbiyyat: Соринсон С.Н. Вирусные гепатиты в клинической практике.СПб.,1996г.,306 стр
1058) A virus hepatitindən sonra dispanser müşahidənin tezliyi və müddəti necə olmalıdır?
A) 1 il ərzində 3 ayda 1 dəfə

B) 5 il ərzində

C) Evə yazıldıqdan 1 ay sonra 1 dəfə

D) 3 il ərzində

E) 3 ay ərzində ayda 1 dəfə
Ədəbiyyat: Ədəbiyyat:Соринсон С.Н. Вирусные гепатиты в клинической практике.СПб.,1996г.,306 стр
1059) B virus hepatitinin ötürülmə mexanizmi necədir?
A) Təmas

B) Transmissiv

C) Fekal-oral

D) Hava - damcı

E) Parenteral
Ədəbiyyat: Ədəbiyyat:Соринсон С.Н. Вирусные гепатиты в клинической практике.СПб.,1996г.,306 стр
1060) B virus hepatitinin əsas ağırlıq dərəcəsi göstəricilərinə aid deyil.

A) Hemorragik sindromun ifadəliyi

B) Timol reaksiyasının yüksəlməsi dərəcəsi

C) Ümumi intoksikasiyanın ifadəliyi

D) Hiperbilirubinemiyanın dərəcəsi

E) Protrombin indeksinin azalması dərəcəsi


Ədəbiyyat: Ədəbiyyat:Соринсон С.Н. Вирусные гепатиты в клинической практике.СПб.,1996г.,306 стр
1061) C virus hepatitinin müalicəsində əsasən istifadə olunur:
A) Azidotimidin

B) Sitostatiklər

C) Asiklovir

D) Foskarnet

E) İnterferon
Ədəbiyyat: Ədəbiyyat:Соринсон С.Н. Вирусные гепатиты в клинической практике.СПб.,1996г.,306 стр
1062) Hamilələrdə virus hepatitləri zamanı mamalıq taktikasının əsas xüsusiyyəti:
A) Kortikosteroid preparatların işlədilməsi

B) Virus hepatiti diaqnozu təsdiqləndikdən sonra hamiləliyin dayandırılması

C) Hepatoprotektorların işlədilməsi

D) Virusəleyhinə terapiya

E) Gecikmiş düşüklərin və vaxtından qabaq doğuşların qarşısının alınması üçün sistematik müalicəvi tədbirlərin aparılması
Ədəbiyyat: Ədəbiyyat:Соринсон С.Н. Вирусные гепатиты в клинической практике.СПб.,1996г.,306 стр
1063) Mədə-bağırsaq traktı və öd yollarının xəstəlikləri zamanı qaraciyər zədələnməsinin əsas patogenetik mexanizmi nədir?
A) Portal bakteremiya

B) Qidalanmanın, öd ifrazının pozulması

C) Bağırsaqdan toksiki maddələrin izafi miqdarda qana daxil olması

D) Qaraciyər hemodinamikasının pozğunluqları

E) Bütün sadalananlar
Ədəbiyyat: Ədəbiyyat:Соринсон С.Н. Вирусные гепатиты в клинической практике.СПб.,1996г.,306 стр
1064) Qripin törədicisi aiddir:
A) Ortomiksoviruslara

B) Arboviruslara

C) Enteroviruslara

D) Rotaviruslara

E) Pikornaviruslara
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
1065) Paraqripin ən çox rast gəlinən fəsadı hansıdır?
A) Otit

B) Pielonefrit

C) Haymorit

D) Miokardit

E) Pnevmoniya
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; В.Ф.Учайкин. Руководство по инфекционным болезням у детей.ГЭОТАР МЕДИЦИНА 1998-808 стр
1066) Paraqrip zamanı antibiotiklərin işlədilməsi nə zaman göstərişdir?
A) Toksikoz olduqda

B) Yalançı inağ olduqda

C) Laringit olduqda

D) Pnevmoniya olduqda

E) Meningizm olduqda
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; В.Ф.Учайкин. Руководство по инфекционным болезням у детей.ГЭОТАР МЕДИЦИНА 1998-808 стр
1067) Mikoplazma infeksiyasının törədicisi aşağıda sadalanan bioloji mühitdən əldə edilə bilməz.
A) Bəlğəm

B) Burun ifrazatı

C) Ölənlərin ağciyər toxumasından

D) Udlaq yaxması

E) Qan
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; В.Ф.Учайкин. Руководство по инфекционным болезням у детей.ГЭОТАР МЕДИЦИНА 1998-808 стр
1068) Mikoplazma infeksiyasının törədicisi sadalanan antibiotiklərdən hansına həssas deyil?
A) Ampicillinə

B) Penisillinə

C) Tetrasiklinə

D) Seftriaksona

E) Eritromitsinə
Ədəbiyyat: Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, Ю.Я.Венгеров.Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.-1056 с
1069) HİV zamanı immunodefesitin formalaşmasının səbəbi deyil?
A) Timusun atrofiyası

B) Sinsitiyaların yaranması

C) İmmunokompetent hüceyrələrə auto əkscisimciklərin yaranması

D) Makrofaqların funksiyasının pozulması

E) Virusun sitopatoloji təsiri
Ədəbiyyat: А.Г.Рахманова, Е.Н.Виноградова и др. ВИЧ-инфекция. Санкт-Петербург, 2004, 696 тр

Klinik toksikologiya

1070) Dəm qazı ilə zəhərlənmələrdə qanda karboksihemoqlobinin hansı konsentrasiyası olümcül hesab olunur?
A) 60 - 70 %

B) 40 - 50 %

C) 30 - 40 %

D) 50 - 60 %

E) 70 % - dən çox
Ədəbiyyat: Əzizov. V. Ə, Əfəndiyev. İ. N, Maqsudov. A. S. , Bağırova İ. R, “Kəskin zəhərlənmələrin təsnifatı”, Metodik tövsiyələr, Bakı - 2008
1071) Parasetamolun (asetaminofen) orqanizmdən yarımçıxma müddəti hansıdır?
A) 6 saat

B) 12 saat

C) 4 saat

D) 24 saat

E) 2 saat
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1072) Trimetoprim (biseptol) ilə zəhərlənmələrin müalicəsində hansı preparat istifadə olunur?
A) Sianokobalamin

B) Fol turşusu

C) Piridoksin

D) Tiamin

E) Vikasol
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1073) Fosfor üzvü birləşmələrlə (FÜB) zəhərlənmələrdə intoksikasiyaların əsas əlamətləri orqanizmdə hansı maddə yığılması ilə əlaqəlidir?
A) Katexolaminlər

B) Histamin

C) Oliqopeptidlər

D) Asetilxolin

E) Serotonin
Ədəbiyyat: Əzizov. V. Ə, Tağızadə . F. C, Əfəndiyev . İ. V. , Əmrəhova . L. Q. , “Kimyəvi xarakterli kütləvi zəhərlənmələr zamanı və digər fövqəladə hallarda toksikoloji yardım”, Metodik tövsiyələr, Bakı - 2008
1074) Hansı kimyəvi maddə ilə zəhərlənmələrdə kollikvasion nekroz müşahidə edilir?
A) Qatı üzvü turşular

B) Qeyri - üzvü turşular

C) Dixloretan

D) Qələvilər

E) Oksidləşdiricilər
Ədəbiyyat: Əzizov. V. Ə, Tağızadə . F. C, Əfəndiyev . İ. V. , Əmrəhova . L. Q. , “Kimyəvi xarakterli kütləvi zəhərlənmələr zamanı və digər fövqəladə hallarda toksikoloji yardım”, Metodik tövsiyələr, Bakı - 2008
1075) Metil spirtinin metabolitləri hansılardır?
A) Monoxlorsirkə turşusu və su

B) Asetaldehid və sirkə turşusu

C) Butanol və etanol

D) Aseton və xloretanol

E) Formaldehid və qarışqa turşusu
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1076) Qatı sirkə turşusu ilə zəhərlənmədə mədənin yuyulma qaydası necədir?
A) Mədə yuyulması su ilə zond vasitəsi ilə aparılır

B) Mədənin yuyulması ancaq qanlı qusma olmadıqda aparılır

C) Mədə yuyulması ancaq zondsuz üsulla aparılır

D) Mədə natrium bikarbonat məhlulu ilə yuyulur

E) Mədə yuyulması ancaq ilk bir saat ərzində aparılır
Ədəbiyyat: Əzizov. V. Ə, Tağızadə . F. C, Əfəndiyev . İ. V. , Əmrəhova . L. Q. , “Kimyəvi xarakterli kütləvi zəhərlənmələr zamanı və digər fövqəladə hallarda toksikoloji yardım”, Metodik tövsiyələr, Bakı - 2008
1077) Gürzə ilanının çalmalarında ilk yardım zamanı hansı tədbiri icra etmək olmaz?
A) Ətrafa sıxıcı qoymaq

B) Heparin təyin etmək

C) Zəhəri yaradan sormaq

D) Ətrafı immobilizasiya etmək

E) Novokain blokadası aparmaq
Ədəbiyyat: Əzizov. V. Ə, Əfəndiyev . İ. V, Əhmədov. A. , “Gürzə ilanı və gürzəkimilər fəsiləsinin digər ilanlarının zəhəri ilə kəskin inyeksion zəhərlənmələrin diaqnostika və müalicəsi üzrə klinik protokol”, Bakı - 2009
1078) Neyroleptiklərlə zəhərlənmələr zamanı müşahidə olunan ekstrapiramid sindrom hansı dərman vasitələri ilə aradan qaldırılır?
A) Antixolienerqetik preparatlar və benzodiazepinlər

B) Fomepizol

C) Metoklopramid (serukal)

D) Baklofen və barbituratlar

E) Kofein və β – blokatorlar
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1079) Qanda alkoholun dəqiq qatılığının təyini üçün laborator üsullardan hansı daha üstündür?
A) Qazlı maye xromatoqrafiya

B) Ekspress diaqnostika

C) Spektrofotometriya

D) Kağız xromatoqrafiya

E) Nazikqatlı xromatoqrafiya
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1080) Dəm qazı insan orqanizmində hemoqlobindən savayı daha nə ilə əlaqəyə daxil olur?
A) Aspartataminotransferaza və esteraza

B) Nukleaza və qaptoqlobin

C) Sitoxromoksidaza və mioqlobin

D) DNT - liqaza və katalaza

E) Transferrin və qlutationperoksidaza
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1081) İsoniazid ilə zəhərlənmələrdə hansı preparat vurmaq zəruridir?
A) Tiamin

B) Riboflavin

C) Piridoksin

D) Sianokobalamin

E) Askorbin turşusu
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1082) Kokainlə zəhərlənmələr zamanı hansı simptomlar müşaiyət olunur?
A) Hipotenziya, hipersalivasiya, bronxoreya

B) Ptoz, diplopiya, klonik - toniki qıcolmalar

C) Midriaz, hematuriya, sianoz, hipotermiya

D) Hipertenziya, midriaz, taxikardiya

E) Mioz, bradikardiya, mərkəzi tipli tənəffüs çatışmazlığı
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1083) Heparinlə zəhərlənmələrdə hansı preparat istifadə olunur?
A) Protamin sulfat

B) Sulfokamfokain

C) Atropin sulfat

D) Ammonium sulfat

E) Maqnezium sulfat
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1084) Kalium permanqanat kristalları ilə zəhərlənmələr zamanı ağız boşluğunun selikli qişasını hansı məhlulla təmizləmək lazımdır?
A) Unitol məhlulu ilə

B) Piridoksin məhlulu ilə

C) Lyuqol məhlulu ilə

D) Natrium tiosulfat məhlulu ilə

E) Askorbin turşusu məhlulu ilə
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1085) Hansı zəhərlənmələrdə aktivləşdirilmiş kömürün verilməsi mütləq əks - göstərişdir?
A) Fosfor üzvi birləşmələr

B) Xlor üzvi birləşmələri

C) Kaustik maddələr

D) Arsen birləşmələri

E) β - blokatorlar
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1086) β - blokatorlarla zəhərlənmələr zamanı əsas müalicə vasitəsi hansıdır?
A) Natrium bikarbonat

B) Kalium - xlorid

C) Kalsium - xlorid

D) Qlukaqon

E) L - karnitin
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1087) Əqrəb sancmaları zamanı aşağıdakılardan hansı ilə simptomatik müalicə aparılır?
A) Hemodez, natrium tiosulfat, tokoferol, sürətləndirilmiş diurez

B) Heparin, kalsium preparatları, atropin

C) Ağrıkəsicilər, ürək – damar sisteminə təsir göstərən preparatlar, desensibilizəedən preparatlar

D) Kortikosteroidlər, prozerin, albumin

E) Sitoxrom C. fizostiqmin, antihistamin preparatlar
Ədəbiyyat: Əzizov. V. Ə, Əfəndiyev . İ. V, Əhmədov. A. , “Gürzə ilanı və gürzəkimilər fəsiləsinin digər ilanlarının zəhəri ilə kəskin inyeksion zəhərlənmələrin diaqnostika və müalicəsi üzrə klinik protokol”, Bakı - 2009
1088) Varfarinlə zəhərlənmələr zamanı xəstəyə antidot kimi hansı vitamin vurmaq lazımdır?
A) Vitamin K1

B) Vitamin B1

C) Vitamin D2

D) Vitamin B6

E) Vitamin B12
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1089) Belladonna (Xanımotu) ilə zəhərlənmələrdə hansı sindrom qeyd olunur?
A) Nefrotik sindrom

B) Muskarin sindromu

C) Mendelson sindromu

D) Xolinolitik sindromu

E) Bufotenin sindromu
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1090) A vitaminlə intoksikasiyalarda hədəf orqanları göstərin:
A) Görmə siniri

B) Qalxanvari vəzi, ağciyərlər

C) Böyrəküstü vəzilər, ürək əzələsi

D) Dəri örtükləri, böyrəklər, mədəaltı vəzi

E) MSS, qaraciyər, sümüklər, selikli qişalar
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1091) Flumazenil hansı qrup preparatların antaqonistidir?
A) Barbituratlar

B) Benzodiazepinlər

C) Qeyri – steroid iltihaba qarşı preparatlar

D) Fenotiazin neyroleptiklər

E) Trisiklik antidepressantlar
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1092) Zəhərli göbələklərlə intoksikasiyada mədənin zond vasitəsi ilə yuyulması hansı saatlarda məqsədə uyğun hesab olunur?
A) 3 – 6 saat ərzində

B) 6 – 12 saat ərzində

C) 12 – 24 saat ərzində

D) İlk 2 saat ərzində

E) Zəhərlənmə vaxtı ilə asıllığı yoxdur
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1093) Hidrogen sulfidlə zəhərlənmələrin əsas patogenezi nədir?
A) Sitoxromoksidazaların blokadası

B) Karboksihemoqlobinemiya

C) Hemoliz

D) Methemoqlobinemiya

E) Böyrəklərin zədələnməsi
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1094) I sinif antiaritmik preparatlarla zəhərlənmə zamanı müşahidə olunan kardiotoksiki effektləri nə ilə aradan götürmək olar?
A) Atropin 1 % - 1, 0 v / d, sonra 1, 0 ml d / a 3 saatdan bir

B) Dantrolen – Na 2, 5 – 10, 0 mq / kq v / d

C) Hipertonik Na bikarbonat məhlulun v / d infuziya ilə

D) Riboksin 2 % 10, 0 – 20, 0 v / d

E) Kalsium xlorid 10 % - 10, 0 v / d təkrar vurmaqla
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1095) Etanolun eliminasiya mərhələsinin müddəti nədir?
A) 5 – 12 saat

B) 12 – 24 saat

C) 24 - saatdan çox

D) 3 – 4 saat

E) 1 – 2 saat
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1096) İshal əleyhinə loperamid (imodium) preparatı ilə ağır zəhərlənmələrdə farmakoloji antidot nədir?
A) Nalokson

B) Meperidin

C) Difenoksin

D) Metoklopramid

E) D - penisillamin
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1097) Serotoninin toksik sindromuna hansı əlamət xarakter deyil?
A) Quru selikli qişalar

B) Taxikardiya

C) Hipertenziya

D) Hiperrefleksiya

E) Hipertermiya
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1098) Teofillinin toksiki dozası nədir?
A) > 20 mkq / kq

B) > 40 mkq / kq

C) > 50 mg / kq

D) 80 – 100 mq / kq

E) 10 mkq / kq
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009
1099) Hidrogen peroksidlə zəhərlənmənin fəsadı nə ola bilər?
A) Qıcolmalar

B) QT intervalın uzanması



C) Koma

D) Qaz emboliyası



E) Xolinilitik sindrom
Ədəbiyyat: Афанасьев. В. В, « Неотложная токсикология» Москва ГЕОТАР - Медиа 2009

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə