“Dan” Beynelmilelci Gencler İctimai Birliyi Genclerin Inkisafile bagli Devlet Proqrami cercivesinde valideyn himayesinden mehr



Yüklə 7,57 Kb.
tarix29.06.2018
ölçüsü7,57 Kb.
#55100

Azərbaycan Respublikası

Gənclər və İdman Nazirliyi

PRESS RELİZ


“Dan” Beynəlmiləlci Gənclər İctimai Birliyi Gənclərin Inkişafi ilə bagli Dövlət Proqramı çərçivəsində valideyn himayəsindən mehrum olmus yeniyetmə və gənclərin müəssisələri tərk etməzdən əvvəl müstəqil həyata hazirlaşdırılması məqsədilə 6 usaq evi və internat məktəbində “Müstəqil Həyat” Klubların səbəkəsini yaratmışdır. Layihənin icrası Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2010-cu ilin yanvarın 15-dən başlanmışdır.

Yeniyetmələrin cəmiyyətə sərbəst inteqrasiya etmələri üçün onlarda sərbəstlik, müstəqillik, asılı olmamaq kimi keyfiyyətləri, özünə xidmət etmə bacarıqlarını inkişaf etdirmək, təhsil və tərbiyə səviyyələrini artırmaq çox vacibdir. Klubda təlim zamani söhbət, disput, müzakirə, uğurlu və tanınmış insanlarla görüşlər vasitəsi ilə yeniyetmələrdə ünsiyyət və əlaqə qurmaq, əməkdaşlıq etmək, təziqə müqavimət göstərmək bacarıqları inkişaf edilir, onlara ilk peşə, sahibkarlıq və həyatı bacarıqlar verilir.

1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə “Dan” BGİB-nin mütəxəssisləri olan peşəkar psixoloqlar və ”Müstəqil Həyat” Klubların 36 nəfər fəal iştirakçısı Quba rayonunun mənzərəli güşəsində təbiət qoynunda görüs keçirtdilər. Məşqələ zamanı klub liderləri istirakçilara “Məqsədə doğru inamla”adli movzu ətrafında müzakirə keçirtməsini teklif etdilər. Qonaq qismində görüşdə uşaq müəssisələrini tərk etdikdən sonra Dövlət Neft Şirkətinin Tədris Mərkəzində müxtəlif pəşələrə yiyələnən və hal-hazırda neft zavodlarında çalışan gənclərlə bərabər yerli Bələdiyyə nümayəndələri də iştirak etdilər. Onlar öz həyat təçrübələri və uğurları haqqında fikirlərlə gənc dostları ilə bölüşdülər, uşaq və gənclərin hüquq və vəzifələri mövzusunda diskussiya apardılar və dəyərli məsləhətlər verdilər. ”Müstəqil Həyat” Klubunun istirakçıları öz qonaqları ilə birgə çay süfrəsinin arxasında maraqlı söhbətləri davam etdilər. Sonra müxtəlif oyun və əyləncələr keçirildi.

Əlaqə vasitələri

Tel: (994 12) 511-76-11 (ofis),

(994 50) 344-34-88 (mob)

Faks: (994 12) 497-45-41



e-mail: dan.organization@gmail.com
Yüklə 7,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin