DAVRANIŞLA VERİLƏN CAVABLAR "YEGANƏ VARİANT" CAVABI
Qarşı tərəfin davranışı: "Yeganə variant": alternativ irəli
sürmədən təkrar-təkrar qeyri-məqbul variant təklif edir.
Sizdən gözlədiyi reaksiya: Başqa variant olmadığını görüb razılaşmağa məcbur olmaq.
Tədbir
Təmkininizi qoruyun.
Məqsədlərinizi unutmayın.
Başqa alternativlər və ya ortaq məxrəc təklif edin.
Təklif edilən variantın nə üçün mümkün olmadığını izah etməyə davam edin.
DAVRANIŞLA VERİLƏN CAVABLAR "MÜMKÜN DEYİL" CAVABI
90
Copyright protected – Management Pocketbooks Ltd
Qarşı tərəfin davranışı: "Mümkün deyil": dərhal elementlərdən
birinin müzakirəsindən söhbət gedə bilməyəcəyini bildirir.
Sizdən gözlədiyi reaksiya: Geri addım atmaq və ya müzakirəyə açıq olan daha yaxşı təklif vermək.
Tədbir
Həmin elementi kənara qoyub başqa mövzulara keçməyi, etibarlı münasibətlər qurulduqdan, bəzi və ya digər elementlər üzrə razılaşma əldə edildikdən sonra bu məsələyə qayıtmağı təklif edin.
ŞƏXSLƏRARASI DAVRANIŞ
DAVRANIŞLA VERİLƏN CAVABLAR "NƏ?!" CAVABI
Qarşı tərəfin davranışı: "Nə?!": çıxılmaz vəziyyətə düşdüyünü
ifadə etmək üçün nəyəsə ifrat reaksiya (sarsıntı, dəhşət).
Sizdən gözlədiyi reaksiya: Kompensasiya məqsədilə tələsik güzəşt təklif etmək.
Tədbir
İlk reaksiyaya məhəl qoymayın, daha düşünülmüş, informativ cavab almaq üçün sualınızı yenidən qurun.