X SÖVD6L6ŞM6Sİ
X SÖVDƏLƏŞMƏSİ 37
Copyright protected – Management Pocketbooks Ltd
HAZIRLIQ
MƏŞQ Hazırlığın ən bariz forması məşqdir.
Unutmayın ki, danışıqlarınızın nəticələrindən çox şey asılı ola bilər. Əvvəlcədən məşq etməyə, rəylər əsasında düzəlişlər etməyə sərf edəcəyiniz vaxt və əmək öz nəticəsini göstərəcək. Odur ki:
güzgü qarşısında məşq edin;
diktofondan istifadə edin;
dostunuz və ya həmkarınızla birlikdə məşq edin;
kiminləsə qeyri-formal şəraitdə rollara girərək məşq edin;
itin üzərində məşq edin!
X SÖVD6L6ŞM6Sİ
X SÖVDƏLƏŞMƏSİ 38
Copyright protected – Management Pocketbooks Ltd
İRƏLİDƏ OLMAĞIN 1 0 ÜSULU 39
Copyright protected – Management Pocketbooks Ltd
İRƏLİDƏ OLMAĞIN 10 ÜSULU
1. SƏSSİZLİKDƏN İSTİFADƏ EDİN Lazımi vaxtda lazımi qaydada etmək şərtilə səssizliyi qorumaq, yəni heç nə deməmək – nəsə demək qədər güclü təsirə malik ola bilər. İnsanların çoxu səssizlikdən narahat olur. Səssiz qalmaq ciddi səy tələb etsə də, çox faydalı ola bilər.
Optimallaşdıra və minimallaşdıra bilməsəniz, səssizliyiniz öhdəlik götürmək istəmədiyinizi göstərə bilər.
Səssizlik sizin qətiyyətinizi ifadə edə bilər (qarşı tərəfdə tərəddüd oyada bilər). Beləliklə, açıq təklif irəli sürüldükdən sonra "Nə düşünürsünüz?" sualını eşidəcəksiniz – gözləyin. (Səssizliyin indicə dediklərinizi mənasızlaşdır- masına imkan verməyin.)
Danışıqların aparılması xarakter etibarilə mürəkkəbdir. Bir sıra dəyişənləri eyni anda nəzərə almaq lazım gəlir. Mövzudan asanlıqla uzaqlaşa bilərsiniz, ona görə də söylədiklərinizi ümumiləşdirməkdən heç vaxt çəkinməyin. Məsələn, bu ana qədər hansı yolu qət etdiyinizin xülasəsini verin, yaxud məsələlərdən birinin müzakirəsinin harada qaldığını qısaca xatırladın.