10. UNUTMAYIN: MƏHDUDİYYƏTLƏR VƏ DƏYİŞƏNLƏR BİR-BİRİNİ ƏVƏZ EDƏ BİLƏR Demək olar ki, qarşı tərəfin dəyişməz olaraq təqdim etdiyi hər şey dəyişənə çevrilə bilər.
Dəyişməzlik daha çox danışıqlar istəyinin olmamasını və ya danışıqların mümkünsüzlüyünü nəzərdə tuta bilər.
49
Copyright protected – Management Pocketbooks Ltd
İRƏLİDƏ OLMAĞIN 10 ÜSULU
SON MƏSLƏHƏT Sizə lazım olan söhbəti qarşı tərəfin məqbul/peşəkar hesab etdiyi formada aparın.
Yaxşı başlanğıc prosesi hərəkətə gətirir. Proses boyunca kiçik düzəlişlər yola istədiyiniz kimi davam etməyinizə imkan verir.
50
Copyright protected – Management Pocketbooks Ltd
PROSESİN İDAR Ə EDİLMƏSİ 51
Copyright protected – Management Pocketbooks Ltd
PROSESİN İDARƏ EDİLMƏSİ
PLAN HAZIRLAYIN VƏ TƏTBİQ EDİN Hər zaman nə edəcəyinizi bilin və necə edəcəyinizi planlaşdırın. Burada hər hansı ilkin razılığın əldə edilməsi və başqalarından hərəkət səlahiyyətinin alınması nəzərdə tutulur. (Məsləhət və ya təlimat almaq üçün yarı yolda dayansanız, gücünüzü və "simanızı" itirə bilərsiniz.)
Planınız sizə məhdudlaşdırıcı amil kimi deyil, yol xəritəsi kimi xidmət etməlidir. İşlərin necə gedəcəyini əvvəlcədən dəqiq müəyyən edə bilməzsiniz, lakin aşağıdakı üsullarla prosesə xeyli yardım edə bilərsiniz:
Bu o demək deyil ki, "ssenariyə əsaslanan" və ya tutuquşuya bənzər yanaşma tətbiq etməli- siniz; bu o deməkdir ki, söhbəti konkret məqsədə doğru istiqamətləndirmək üçün bu söhbətə nəzarət etmək niyyətiniz və planınız var.