DAVRANIŞ FƏNDLƏRİ SİQNALIN VERİLMƏSİ (1)
Nümunə Sara təklif edir: "Bəlkə də, birinci mərhələni növbəti cümə gününə qədər tamamlamağı planlaşdıra bilərik".
Altay dərhal etiraz edir: "Yox, məncə, çox gecdir".
Altay öz mövqeyini əsaslandıra bilsə belə, Sara "yox" sözünü eşitdiyi andan əks cavab hazırlamağa başlayacaq. O, Altayın izahına qulaq asmayacaq, çünki yalnız öz cavabı haqqında düşünəcək.
Altay sətirarası cavab verməli idi: "Elə olsa, ideal olardı, lakin layihəni ayın sonuna qədər tam yekunlaşdırmağa razılıq vermişik. Növbəti cümə günündən sonra qalan mərhələləri tamamlamaq üçün kifayət qədər vaxtımız olacaqmı?"
Bu cavabın düşüncə və müzakirəni təşviq etmək ehtimalı daha yüksəkdir. Nəticədə, güzəşt əldə edilə və ya məqbul alternativ tapıla bilər.
70
Copyright protected – Management Pocketbooks Ltd
ŞƏXSLƏRARASI DAVRANIŞ
DAVRANIŞ FƏNDLƏRİ XÜLASƏLƏR
Yaxşı nümayəndələr müntəzəm olaraq ümumiləş- dirmə aparır və xülasə verirlər, çünki bu:
mürəkkəb məsələləri nəzarətdə saxlayır;
irəliləyişin nə dərəcədə real olub-olmadığını yoxlayır;
sizə qarşı tərəfin dediklərini təkrar etmək imkanı verir;
təşəbbüsü ələ almağınıza kömək edə bilir;
müzakirələri öz məcrasında saxlaya bilir;
yanlış şərh, yanlış anlama və sonrakı inclikliklərin qarşısını ala bilir.
Başqa sözlə desək, xülasələr işi nəzarətdə saxlamağa kömək edir.
DAVRANIŞ FƏNDLƏRİ PSİXOLOJİ HÜCUM
Bəzi söz və ya hərəkətlər arqumentin bir hissəsi olmaq üçün deyil, qarşı tərəfi psixoloji olaraq əlverişsiz vəziyyətə gətirmək, "həyəcanlandırmaq" üçün deyilir və ya edilir. Bunun üçün bir sıra taktikalardan istifadə edə bilərsiniz:
vaxt qazanmaq (nəyisə hesablamaq və ya zəng etmək);
tələblərdən "tüstü pərdəsi" yaratmaq (yalnız vacib olandan istifadə etməklə);
eqo oxşamaq və psixi məcburiyyət tətbiq etmək;
qəzəb və ya emosiyanı üzə çıxarmaq;
faktlara tam yiyələnmək (və ya özünü elə göstərmək) (heyrətamiz hesablama bacarıqları əvvəlcədən məşq edilə və ya təxmin yürüdülə bilər ki, bu da hökmranlıq təəssüratı yaradır);
fiziki diskomfort yaratmaq (narahat oturacaq və ya əyləşmək üçün narahat yer təmin etmək, yaxud qarşı tərəfi qeyd aparmağa çalışarkən qəhvə fincanını taraz saxlamağa çalışmağa vadar etmək);
maliyyə məhdudiyyətlərinin qarşısıalınmaz olacağını təlqin etmək;