DAVRANIŞ FƏNDLƏRİ MÜDAFİƏ/HÜCUM METODLARI
İnsanlar kimisə xəbərdarlıq etmədən vurmağı düzgün hesab etmədiklərinə görə fikir ayrılıqları çox vaxt mülayimcəsinə başlayır.
Siz "Buna əmin deyiləm" və ya "Məncə, bundan daha yaxşı hədəf seçmək daha yaxşı olar", – deyib, sonra ciddi bir neqativ amili irəli çəkə bilərsiniz. Qarşı tərəf isə nə baş verdiyini hiss edərək əks arqument hazırlamağa başlayar.
Ona bunun üçün vaxt verməyin.
Yaxşı nümayəndələr xəbərdarlıq etmirlər. Hücum məqsədə- uyğundursa, xəbərdarlıqsız hücuma keçin.
73
Copyright protected – Management Pocketbooks Ltd
ŞƏXSLƏRARASI DAVRANIŞ
DAVRANIŞ FƏNDLƏRİ ƏKS TƏKLİFLƏR
Təsəvvür edək ki, siz X təklifini, qarşı tərəf isə Y təklifini irəli sürür. Avtomatik olaraq qarşı tərəfin razılaşmadığını düşünsəniz, yeni fikirləri qəbul etməyə və alternativi lazımınca nəzərə almaya bilərsiniz. Avtomatik olaraq etiraz etmək mövqelərin səmərəsizcə təkrar edilməsinə, hər iki tərəfin bir-birini qeyri-konstruktiv və laqeyd hesab etməsinə gətirib çıxaracaq.
İki təklif bir-birindən o qədər də uzaq deyilsə, müzakirəni razılaşma ehtimalı üzərində kökləyin və neqativ mövqe nümayiş etdirməyin. Bu yalnız qarşılıqlı razılaşdırılmış güzəştin yolunu bağlaya bilər.
74
Copyright protected – Management Pocketbooks Ltd
ŞƏXSLƏRARASI DAVRANIŞ
DAVRANIŞ FƏNDLƏRİ "ƏNƏNƏ"NİN DƏSTƏKLƏNMƏSİ
Danışıqların aparılması öz-özlüyündə elə bir vacib prosesdir ki, tərəflər "oyun"u lazımi qaydada və sonadək oynamayanda bəzi nümayəndələr özlərini aldadılmış hiss edirlər. Ona görə də: