86
Copyright protected – Management Pocketbooks Ltd
DAVRANIŞLA VERİLƏN CAVABLAR "XAOS" CAVABI
Klassik situasiyalar və təmkininizi qorumağa imkan verən cavablar.
Qarşı tərəfin davranışı: Sizdən gözlədiyi reaksiya: Üzrxahlıq, güzəşt və ya sizi qəzəbləndirmək.
Xaos: qəzəb nümayiş etdirir,
hay-küy salır.
Tədbir
Təmkininizi qoruyun.
Hər hansı yanlış anlama ilə bağlı narahatlığınızı ifadə edin.
Məsələni aydınlaşdırmağa çalışın.
Davam etməzdən əvvəl vəziyyətin normallaşmasını gözləyin.
ŞƏXSLƏRARASI DAVRANIŞ
DAVRANIŞLA VERİLƏN CAVABLAR "YAZIQ MƏN" CAVABI
Qarşı tərəfin davranışı: "Yazıq mən": düşdüyü vəziyyətə
görə xüsusi rəğbət, qayğı və ya yanaşma xahişi.
Sizdən gözlədiyi reaksiya: Mərhəmət hissinə qapılaraq daha yaxşı təklif vermək.
Tədbir
Nə tamamilə soyuq rəftar edin, nə də həddən artıq canıyananlıq edin.
Problemi anladığınızı göstərin.
Mövqeyinizi təkrar edin və söhbəti əvvəlki məcrasına qaytarın.
DAVRANIŞLA VERİLƏN CAVABLAR "MƏN YOX" CAVABI
Qarşı tərəfin davranışı: "Mən yox": qərar qəbul edə bilməyəcə-
yini, rəhbəri, həyat yoldaşı, komitə və s. ilə danışmalı olduğunu iddia edir.
Sizdən gözlədiyi reaksiya: Münasibətlərə zərər vermədən təzyiq göstərmək ("Mənim günahım deyil").
Tədbir
Deyilənin həqiqət, yoxsa sadəcə taktika olduğunu dəqiqləşdirmək üçün suallar verin.
Bəzi toplantılarda bu məsələni danışıqların əvvəlində aydınlaşdırmaq lazım ola bilər: "Razılıq vermək səlahiyyətiniz varmı, yoxsa başqa bir nümayəndə cəlb etməliyik?"