Danışıqlar zamanı istifadə edilən fərqli elementlər dəyişənlər və ya güzəştlər adlanır.
Danışıqların aparılması maddi və ya qeyri-maddi, böyük və ya kiçik olmasından asılı olmayaraq, güzəştərin alış-verişini tələb edir.
Unutmayın ki, hər şey danışıqların potensial mövzusu ola bilər.
PROSESİN MAHİYYƏTİ DƏYİŞƏNLƏR KONKRET OLARAQ NƏDİR?
Dəyişənlərə çox şey aid ola bilər, məsələn:
qiymət;
endirim;
çatdırılma;
ödəniş şərtləri;
işçi heyəti;
əlavələr;
müqavilələr;
şərtlər;
sənədləşdirmə;
nəticələrin izlənməsi;
xidmət;
vaxt;
qrafiklər;
təcililik;
zəmanətlər;
şərait;
yer;
seçimlər.
Həmişə çalışın ki, heç nəyi nəzərdən qaçırmayasınız. Bu siyahıya başqa nə əlavə edərsiniz? 11
Copyright protected – Management Pocketbooks Ltd
DANIŞIQLAR PROSESİNİN ƏSASLARI
TƏSİR ETMƏK İMKANI Danışıqları aparan şəxsə (bundan sonra: nümayəndə) hadisələrə təsir etmək imkanını
Mükafat vədi
Cəza təhdidi
Qanunilik
Dəstəkləyici amillər
verən nədir?
Qarşı tərəfin istədiyini təmin edə bilərsiniz, odur ki, sizə qulaq asmalı olurlar. Qarşı tərəfin istədiyini təmin etməmək niyyətini açıq-aşkar büruzə verirsiniz. Faktiki sübutlar: mübahisədə bariz çəkisi olan bir şey irəli sürürsünüz.
Sizə xüsusi üstünlük qazandıran amillərdən (məsələn, rəğbət) istifadə edirsiniz.