Danışıqların aparılması


DANIŞIQLAR PROSESİNİN ƏSASLARI



Yüklə 6,59 Mb.
səhifə7/35
tarix30.08.2023
ölçüsü6,59 Mb.
#128784
1   2   3   4   5   6   7   8   9   10   ...   35
x6cbPBeRHYuvULnJgJjs (1)

DANIŞIQLAR PROSESİNİN ƏSASLARI


GÜZƏŞT ALVERİ
1. HEÇ VAXT ASANLIQLA GÜZƏŞTƏ GETMƏYİN; KÖNÜLSÜZCƏSİNƏ SÖVDƏLƏŞMƏ
APARIN
Bu qaydanın birinci hissəsi vacibdir, çünki dəyişənlərin sayı məhduddur və siz öz payınızı istəyirsiniz. İkinci hissə də həlledicidir, çünki təəssürat faktlar qədər vacibdir: özümüz üçün əlverişsiz sövdələşmə təəssüratını yaratmalıyıq.
Bu "əgər ….. /onda" yanaşmasıdır.
19
Copyright protected – Management Pocketbooks Ltd

DANIŞIQLAR PROSESİNİN ƏSASLARI


GÜZƏŞT ALVERİ
2. GÜZƏŞTLƏRİNİZİ OPTİMALLAŞDIRIN
Aşağıdakı üsullarla təklifinizin dəyərini və önəmini yüksəldin:
  • sizin üçün (maddi və ya başqa) bədəlin nə olduğunu vurğulamaqla ("Bəli, bunu edə bilərəm, amma dəfələrlə daha çox iş görmək lazım olacaq");
  • reallıqdan uzaqlaşmadan şişirtməklə – həddən artıq şişirtməyin və mümkünsə, faktlarla sübut edin ("Bəli, bunu edə bilərəm, amma, azı, 2 dəfə daha artıq iş görmək lazım gələcək. Bu yaxınlarda…");
  • təklif etdiyiniz güzəştin həll edəcəyi vacib bir problemə istinad etməklə ("Hmm, güman edirəm ki, razılaşsam, sizin üçün ... ehtiyacı aradan qalxar");
  • müstəsna güzəşt təklif etdiyinizə eyham vurnaqla ("Heç vaxt belə etmirəm, amma…");
  • güzəştin müstəsna olmaqdan əlavə, vəzifə öhdəliklərinizdən kənara çıxdığına eyham vurmaqla ("Həqiqətən də, bilmirəm, rəhbərim buna nə deyəcək, amma …").

  • Təklif etdiyiniz hər şeyin təsəvvür edilən dəyərini maksimum dərəcədə yüksəldin.

20
Copyright protected – Management Pocketbooks Ltd

DANIŞIQLAR PROSESİNİN ƏSASLARI


GÜZƏŞT ALVERİ
3. QARŞI TƏRƏFİN GÜZƏŞTLƏRİNİ KİÇİLDİN
Qarşı tərəfin sizə verdiyi təklifə yüklədiyi dəyəri azaldın:
  • Gərəyindən artıq təşəkkür etməyin. "Çox minnətdaram" kimi səxavətli ifadələrdən istifadə etməyin, əvəzində qısaca, hətta etinasızca "Təşəkkür edirəm" deyin (səsinizin tonu istifadə etdiyiniz ifadə qədər vacibdir).
  • Qarşı tərəfin güzəştlərini qiymətdən salın və ya kiçildin ("Hmm, yəqin ki, buna irəliyə doğru çox kiçik bir addım demək olar...").
  • Müvafiq hallarda güzəştləri "hissələrə bölün". Təəssüratı kiçiltmək üçün təklif edilən mənfəəti kiçik hissələrə bölün (Tam rəqəmi söyləmək əvəzinə, "Hər ay, ən azı, X qədər qənaət edə biləcəyəm" deyin).
  • Güzəştlərə onsuz da gözlənilən bir addım kimi yanaşın, onlara dəyər yükləməyin. Qısa bir təsdiq kifayət edər ("Bəli, gəlin belə edək").

21
Copyright protected – Management Pocketbooks Ltd

Yüklə 6,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin