Davamlı inkişaf konsepsiyası beş əsas prinsipə əsaslanır.
1.Bəşəriyyət həqiqətən inkişafa davamlı və uzunmüddət mövcud olmaq xarakteri verə bilər. 2. Təbii resursların istismarı sahəsindəki məhdudlaşmalar nisbi xarakterlidir. Onlar texnika və sosial təşkilin müasir səviyyəsi ilə, eyni zamanda biosferin insan fəaliyyətinin nəticələrini aradan qaldırmaq qəbiliyyəti ilə əlaqədardır. 3. Bütün insanların adi tələbatlarını ödəmək və hamının gələcək yaxşı həyata olan ümidinin reallaşdırılmasına şərait yaradılması zərurət olmalıdır. 4. Böyük vasitələrə (kapital və maddi) malik olanların həyat tərzini planetin ekoloji imkanları ilə, xüsusilə enerji istehlakı ilə uzlaşdırmaq lazımdır. 5. Əhali artımının sayı və tempi Yerin qlobal ekosisteminin dəyişməyə meylli istehsal potensialı ilə uzlaşdırılmalıdır.
Davamli Inkişaf Konsepsiyasının əsas ideyası sosial-iqtisadi və ekoloji inkişafın qarşılıqlı bağlılığı üçün şərait və mexanizmlərin yaradılması, təbii mühitin problemlərinin sosial-iqtisadi proseslərlə vəhdətdə baxılmasıdır.
İnsanlar təbiətlə həmahəng sağlam və məhsuldar yaşamaq hüququna malikdirlər.
Bugünki inkişafı gələcək nəsillərin ziyanına olaraq həyata keçirilməməlidir.
Davamlı inkişafı həyata keçirtməkdən ötrü ətraf mühitin mühafizəsi inkişaf prosesinin ayrılmaz hissəsini təşkil etməlidir və buna ondan ayrılıqda baxılmamalıdır.
Sabit inkişafı təmin etmək və əhalinin çoxunun tələblərini ödəməkdən ötrü yoxsulluğun kökünün kəsilməsi və dünyanın müxtəlif hissələrində həyat səviyyələrinin qeyri-bərabərliyinin
ləğv edilməlidir.
Ekoloji məsəslələr ən səmərəli şəkildə bütün marağı olan vətəndaşların iştirakı ilə həll edilməlidir. Dövlətlər bütün ölkələrdə iqtisadi yüksəlişə və davamlı inkişafa gətirib çıxararaq açıq beynəıxalq iqtisadi sistemin yaradılması işində əməkdaşlıq etməlidirlər.
Ətraf mühiti çirkləndirən, bu çirklənməyə görə maliyyə məsuliyyəti daşımalıdır.
Davamlı inkişaf problemin daha dərindən elmi dərk edilməsini tələb edir.
Davamlı inkişafa çatmaqdan ötrü qadınların hər tərəfli inkişafı vacibdir. Gənclərin yaradıcı qüvvələrinin iştirakı zəruridir.