Daxili Işlər Nazirinə cənab Ramil İ. Usubova



Yüklə 8,14 Kb.
tarix22.10.2017
ölçüsü8,14 Kb.
#10403

Daxili Işlər Nazirinə

cənab Ramil İ. Usubova

____________________________

vətəndaşın tərəfinən

Şikayət.

Mən, ____________________________, _________ 20__ il tarixdə Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinə nəzarət məntəqəsində avtomobilimin illik texniki baxışının keçirilməsi üçün gəlmişdim. Mənim ___________ qeydiyyat dövlət nömrəli _____________ markalı maşınımı diqqətlə yoxladılar və sonra ____ nömrəli otağa ______________________________ əməkdaş ilə söhbət üçün dəvət olundum. O dedi ki, bütün göstəricilər normadadır, lakin arxa oxun əyləc sisteminin göstəriciləri normaya uyğun deyil, bu səbəblə texniki baxış talonu mənə verilə bilməz, çünki nasazlığı aradan qaldırmaq lazımdır. Amma, 517-IQ saylı “Yol hərəkəti haqqında” qanunun 1 saylı əlavəsində arxa oxun əyləc sisteminin işləməsi barəsində heç bir tələb yoxdur, beləliklə qüvvədə olan qanunun tələblərinə uyğun heç bir nasazlıq maşınımda aşkar olunmamışdır. Adı çəkilən qanuna uyğun olaraq, minik avtomobilin 40 km/s sürətlə hərəkət edərkən quru asfaltda 12,2 m civarında dayanması kifayətdir. Test stendinin göstərişlərinə əsasən mənim avtomobilimin tormoz sistemi bunu təmin edir, lakin polis müfəttişi əlavə tələbləri irəli sürür. Mənim sübutlarıma ____________________________ əməkdaş cavab verdi ki, stend onun üçün qanundan vacibdir və o heç bir şey edə bilməz.

Eyni zamanda adı çəkilən stend test hesabatlarını Azərbaycan Respublikasının dövlət dilində yox, xarici dildə verir və buda 365-IIQ saylı Azərbaycan Respublikasında dövlət dili haqqında qanuna ziddir: 7.1. Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Bununla düşünmək olar ki, həmin test stendi Azərbaycan Respublikasında sertifikatlaşdırılmayıb və avtomobillərin texniki vəziyyətinin yoxlanışında istifadə oluna bilməz.

Beləliklə, Sizin ___________________________ əməkdşınız qanunu kobudcasına pozur və 154.2 maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmalıdır: Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, habelə nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində və ya texniki sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, eləcə də texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə - yüz əlli (150) manatdan iki yüz (200) manatadək miqdarda cərimə edilir.

Xahiş edirəm, yuxarıda sadalananları nəzərə alasınınz və ______________________________ əməkdaşınıza qarşı lazımi inzibati tədbirlər görəsiniz, texniki baxış talonunun mənə verilməsinə göstəriş verəsiniz, habelə avtomobillərə texniki nəzarət zamanı Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin nəzarət məntəqəsində yer alan qanunsuzluğu aradan qaldırasınız.

Tarix İmza




Əlaqə telefonu:
Yüklə 8,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin